Top.Mail.Ru
MANŞET

Brüsseldən bu QƏRAR VERİLDİ: Azərbaycan qəti addım atacaq – KRİTİK GƏLİŞMƏ

KAİM.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Saytların yığılması Saytların yığılması

O qeyd edib ki, Brüssel görüşü bütövlükdə antirusiya tədbiri idi:

“Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılması məqsədi var. Rəsmi İrəvanın buna nə qədər nail olacağını proqnozlaşdırmaq çətindir. Azərbaycan da istənilən situasiyaya hazır olmalıdır. Ermənistanın Qərblə münasibətlərinin inkişafı və dayanması üçün təsir imkanları Azərbaycanda yoxdur. Bakı ancaq bölgədəki real vəziyyətə nəzarət edir”.

Partiya sədri hesab edir ki, proseslərin Rusiya-Ermənistan məsələsi kimi yönəlməsi maraqlıdır:

“İki dövlət hazırda mövqelərində müəyyən qədər dirəniş göstərir. Moskvanın Ermənistanı sərbəst buraxmaq niyyəti yoxdur. İrəvan da Rusiyaya qarşı kəskin mövqe sərgiləməkdən çəkinir. Azərbaycan isə Ermənistanın daha praqmatik siyasət izləməsi üçün təkliflərini təkrarlamalıdır”.

Fazil Mustafaya görə, Azərbaycan öz maraqlarına uyğun olan tələbləri intensivləşdirməlidir:

“Lazım olanda isə onun gerçəkləşməsi üçün qəti və birmənalı addımlar atılmalıdır. Bu kontekstdə Brüssel görüşü ABŞ-Qərb və Rusiya arasında olan ziddiyyətin mahiyyətinin nümayişi idi. Onların hansı addımı atacağını diqqətlə izləmək lazımdır”. //Teleqraf.com

Bənzər yazılar