Top.Mail.Ru
MANŞET

Müqayis Verdiyevin dələduzluğ əməli İFŞA OLUNDU – Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar…

Ötən günlərdə özünü iş adamı kimi təqdim edən Müqayis Verdiyevin, Sumqayıt şəhər bulvarında adadlıq və quruculuq işləriylə bağlı etmiş olduğu dələduzluqdan geniş material hazırlayıb, dərc etmişdik. (Əlbəttə onun gördükləri işlərdə etdikləri dələduzluq və mənimsəmə bir və ya bir neçə yazıya sığası deyil) Qeyd etmişdiki, Sumqayıt şəhər bulvarında abadlıq və quruculuq işlərinin aparılması zamanı bütün istifadə olunan mal-materiallarının qiymətləri birə-beş şisirdilmişdir.

Bu minvalla qaz vurub qazan doldurmaq xülasıyla özünün şəxsi hesabatını da tərtib edərək hesabat da hazırlamışdı. Əlbəttəki, buların hamısı ehtibardan süni istifadə etməklə iş adamlarından götürdüyü tikinti materialları hesabına…  Məsələn, iş adamı, hörmətli Oruc Məmmədovdan götürmüş olduğu tikinti materiallarının hesabına…

Saytların yığılması Saytların yığılması

Dəyərli oxucu, idi isə biz sizlərə Müqayis Verdiyevin Sumqayıt şəhər, ŞƏHİDLƏR XİYABANI”-da abadlıq və yenidən qurma zamanı mal və materialların qiymətini hansı kosmik qiymətlərlə hasabladığını göstərəcəyik. Beləki, məzarların ətrafında əkilmış həmişəyaşıl ağacların və kolların qiymətlərini şişirdərək, bir yaşıl şam ağacının qiyməti 5 (beş) manatdırsa bu “qoçaq” onun qiymətini hesablayıb 15-20  manat, bir oturacağın qiyməti tutaq ki qara bazarda 350-400 manatdırsa onun şəxsı hesabatında bu rəqəmlər 1500-2000 kimi göstərilir.
Dibçəkdə köçürmə yolu ilə əkilən gülərinin birinin dəyəri bazarda 5-6 manatdırsa M.Verdiyevin hesabatında bu rəqəm 13-15 manat göstərilir və s. Bütün bunların hamısı özünün tərtib etdiyi hesabatda yer almışdı. Dövlət tərəfindən ayrılmış vəsait hesabına Müqayis Verdiyevə məxsus “A.V. Conustriction” M.M. tərəfindən Sumqayıt “ŞƏHİDLƏR XİYABANINDA” – qiymətlər bax beləcə şişirdilmişdir. Belə dələduzluğa görə O, dörd dəfə həbs həyatı yaşamışdır. Əldə etdiyimiz məlumata görə, Şəhidlər xiyabanında abadlıq və yenidən qurma işlərinin ümumi dəyəri tutaq ki, yüz min manatdırsa, O, bu rəqəmi saxtalaşdıraraq dörd yüz min manata catdırmaq istəyib…

Lakin O,  Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən bir mənalı rədd cavabı alıb. İndi isə M. Verdiyev şər şəbədəylə dolu yazılar yazdırıb, Sumqayıt şəhər icra hakimiyyətindən əlavə vəsait tələb edir. Halbuki, dövlət tərəfindən ayrılan vəsait hesabına onun Sumqayıt şəhərində gördükləri işlər layiqincə qiymətləndirilib və dəyərii də ödənilib.  Bunu özünün yazdığı məlumatlarda da aydınca görmək olur. Yəni O, hər yerdə deyir ki, Sumqayıt şəhər icra hakimiyyəti mənə borcludur!

Dəyərli oxucular, İndisə onun özünün yazdığı məlumatların mətinləriylə sizləri tanış etmək istəyirəm.

İlk öncə, M Verdiyevin Azərbaycan Respublikası Prezidenti Administrasiyasıniň rəhbəri cənab Samir Nuriyevə yazmış olduğu ərizənin mətniylə sizləri tanış edək…

Mən, Verdiyev Müqayis Cəmil oğlu, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, 2015-ci ildə yaradılmış və hazırda qanuni fəaliyyət göstərən A.V. məhdud Məsuliyyətli cəmiyyətin direktoru işləyirəm. Rəhbəri olduğum M.M.C.-min fəaliyyəti çox şaxəlidir. Eyni zamanda təmir-tikinti və abadlıq işlərinidə əhatə edir. Bildirmək istəyirəm ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun təşəbbüsü sayəsində icra hakimiyyətinin nümayəndələri ilə görüşərək yaranan anlaşılmamazlıq aradan qaldırılmışdır. Zakir Fərəcova icra hakimiyyəti ilə yaranan anlaşılmazlığın aradan qaldırılması ücün göstərdiyi səylərə görə öz dərin minnətdarlığımı bildirirəm.

A.V. MM.C.-min direktoru V. Müqayis öz imzası və möhrü ilə təstiq edilmişdir.

İkinci müraciəti: Sumqayıt İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova

Hörmətli Zakir müəllim!

Hamıya məlumdur ki, Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib. Xüsusiylə cənab Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində Sumqayıtın bu günki inkişafında, sizin böyük və təqdirə layiq əməyiniz danılmazdır. Biz sahibkarlar da bu işlərdə öz töhvəmizi verərək, Sizinlə birgə birgə yaxından iştirak etmişik.

Yazıb sizə bildirirəm ki, bu gün biz sahibkarları narahat edən məsələlər öz həllini tapmış, Sizinlə aramızda olan anlaşılmamazlıqlar aradan qaldırılmışdır. Xüsusiylə qeyd etmək istəyirəm ki, tərəfimdən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasıa və digər qurumlara yazdığım şikayət ərizələri və vurduğum teleqramlar tərəfimdən təkzib edilir.

Hörmətli Zakir müəllim, sizə və Sumqayıt şəhər icra hakimiyyətinə qarşı hər hansı maddi iddiam və tələbim yoxdur, gələcəkdə də olmayacaq.

Tarix: 23.02.2023 il. Yazıları özüm yazdım, imzam və möhrümlə də təstiq edirəm.
Üçüncü müraciət: Sumqayıt şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcova

Müraciət

Bildirirəm ki, Sumqayıt şəhəri, Şəhidlər xiyabanında görülmüş yenidən qurma və abadlıq işlərini tamamladıqdan sonra ödənilməmiş vəsaitlə bağlı aramızda yaranmış anlaşılmamaslıqlar aradan qaldırılmışdır. Mənə çatacaq vəsait tam ödənilmişdir. Borc qalmamışdır, iddiamda yoxdur…

Şəhidlər xiyabanımdan gələcəkdə də iddiam olmayacaq. 02.03.2022-il. İmza və möhür. 
Son olaraq bildirmək istəyirəm ki, milyon manatlarla dəyəri olan, görülən işlərdən bir manatda olsun dövlətə vergi rüsumu ödənilməmişdir. Yəqinki, hüquq mühavizə orqanları bu işlərlə yaxından maraqlanıb, bir ölçü götürəcəklər.

Vahid Əhməd

Bənzər yazılar