Top.Mail.Ru
MANŞET

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 MİLYON QAZANIB

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin (ООО “АРИЗАРУМ ГРУПП” – 7705176856) 2023-cü ildə əldə etdiyi gəlirlər açıqlanıb.
KAİM.az Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” ötən il 14 milyon 270 min rubl (260 min manat) gəlir əldə edib.
Qeyd edək ki, əvvəlki – 2022-ci illə müqayisdə “Arizarum Qrup”un gəliri 2,5%  artıb. Ümumiyyətlə son 7 ildir “Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olub. //Yeniavaz.com

Bənzər yazılar