Top.Mail.Ru
MANŞET

Rusiya sülhməramlıları Azərbaycanı TƏRK EDİR: Böyük PROSES BAŞLADI – VİDEO

Bu barədə Musavat.com-a mötəbər qaynaqlar məlumat veriblər. Məlumata görə, Rusiya kontingentinin Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk etməsi prosesinə start verilib.

Saytların yığılması Saytların yığılması

Artıq Kəlbəcərin Xudavəng monastırındakı post Azərbaycan polisinə təhvil verilib. Xocalıdakı baza da boşaldılır. Tarixi və böyük proses bir neçə günə tam yekunlaşcaq.

Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır.

Təqdim etdiyimiz video sülhməramlı kontingentin bir hissəsinin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.

Bənzər yazılar