Top.Mail.Ru
MANŞET

SON DƏQİQƏ: Ramiz Mehdiyev vəzifədən AZAD EDİLDİ

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən – Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.

KAİM.AZ  xəbər verir ki, bu barədə Dövlət İdarəçilik Akademiyası məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Akademiyadan bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir artıq seçilib. Bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyin olunub.

Qeyd edək ki, prezidentin sabiq köməkçisi və 2000-ci ildən bəri Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov da ali təhsil ocağındakı vəzifəsindən uzaqlaşdırlıb. Onun yerinə Namiq Əliyev seçilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı 6 kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb.

KAİM.AZ

Ağaliyev Kənan

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir