Top.Mail.Ru
bannerMANŞET

SON DƏQİQƏ!“Ruhlar Şəhəri” Ağdam işğaldan AZAD EDİLDİ – Şəhər mərkəzinə Azərbaycan Bayrağı sancıldı

Ağdam rayonu artıq erməni işğalından azad olunub.

GUNinfo.az  xəbər verir ki, bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Belə ki, bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilir. Gələn məlumatlara görə, bu saatlarda Ağdam şəhərinə  Azərbaycan Ordusu daxil olub. Şəhər mərkəzinə Azərbaycan Bayrağı sancılıb.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olublar.

Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb.

İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.

2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir