Top.Mail.Ru
MANŞET

SON DƏQİQƏ! Erməni diasporu Britaniya parlamentində MƏĞLUB OLDU

İngiltərə höküməti ermənipərəstlərə tutarlı cavab verdi

Erməni diasporunun dəstəyi və Britaniya parlamentində Ermənistan üzrə qrupun təşəbbüsü ilə “Dağlıq-Qarabağdan köçmüş ermənilərə beynəlxalq dəstək” mövzusunda debat keçirilib.

KAİM.az xəbər verir ki, Britaniya parlamentində keçirilən debatın təşkil edilməsində əsas məqsəd Qarabağdan köçmüş ermənilərlə bağlı məsələni mümkün qədər acınacaqlı göstərməklə Britaniya hökumətini Ermənistana maliyyə dəstəyi verməyə təhrik etmək olub.

Saytların yığılması Saytların yığılması

Debat zamanı Azərbaycan əleyhinə səsləndirilmiş əsassız ittihamlara Britaniya höküməti adından Britaniya Xarici İşlər Nazirliyinin Avropa üzrə Dövlət Naziri Leo Dokerti cavab verib.

leo_docherty_220223.jpg (151 KB)

Leo Dokerti 

O, məsələyə 35 il davam etmiş münaqişənin nəticəsi olaraq baxmağın vacibliyini qeyd edib və 2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. O, həmçinin Britaniya hökümətinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

L. Dokerti davamlı sülhün regionda mövcud olan bütün humanitar problemlərin yeganə həlli olduğunu qeyd edib və keçmiş münaqişə kontekstində hər iki tərəfdən məcburi köçkünlərin olduğunu vurğulayıb.

L.Dokerti azad edilmiş ərazilərin minalarla çirklənməsi məsələsinə toxunaraq Azərbaycanlı köçkünlərin bu ərazilərə qayıtmaq haqqının olduğunu da xüsusi qeyd edib.

Çxışında Britaniyalı nazir bir neçə dəfə iki ölkə arasında sülh üçün real imkanların yarandığını qeyd edərək, Britaniyanın sülhə gedən yoldakı hər bir addımı dəstəklədiyini nəzərə çatdırıb.

Görünən odur ki, erməni diasporunun nümayəndələri səfərbər olaraq təkcə Azərbaycana deyil, hətta Nikol Paşinyan hakimiyyətinə qarşı fəaliyyət göstərməklə sülh prosesinə mane olmağa çalışırlar. Digər maraqlı məqam isə ondan ibarətdir ki, Ermənistanın xarici ölkələrdəki səfirləri də erməni diasporu ilə əl-ələ verərək sülh əleyhinə, eləcə də Baş nazir Nikol Paşinyana qarşı olan bu kampaniyayada fəal iştirak edirlər. //Musavat.com

Bənzər yazılar