Top.Mail.Ru
MANŞET

TƏCİLİ! POLİSİ və vətəndaşı TƏHQİR EDİB, ÖLÜMLƏ hədələyən VƏZİFƏLİNİN ŞOK SƏS YAZISI – VİDEO

Gündən günə “inkişaf edən” məmur özbaşınalığı, korrupsiya əməlləri, qanundankənar fəaliyyət və s. kimi ifadələr artıq o qədər “doğmalaşıb” ki… Jurnalistlər olaraq müşahidə edirik ki, artıq bu kimi əməllər oxucularımız tərəfindən “şok effekti” ilə qarşılanmır. Avtomobil qəzaları, hava məlumatları necə artıq gündəlik informasiyalara çevrilibsə, eləcə də məmur özbaşınalığı gündəlik rutinə çevrilib. Amma elə hallarda olur ki, vəzifəli şəxslər artıq bol var-dövlət sahibi olduqdan sonra həyatın gedişindən sıxılır və özlərinə yeni macəra axtarmaq qərarına gəlirlər. Nə qədər olar, xarici ölkələrdəki hesablarına milyonlar köçürmək, villalardan, avtomobillərdən kolleksiya düzəltmək, nə qədər olar hakimiyyət orqanları ilə xalq arasında İlham Əliyev tərəfindən yaradılmış səmimi münasibətləri korlamaq üçün qərəzli təxribatlara əl atmaq?!
Redaksiyamıza daxil olan bu dəfə ki ŞİKAYƏTdə vətəndaşı təhqir edən, onu ölümlə hədələyən vəzifəli şəxsin əməlləri əks olunub. Hətta həmin vəzifəli şəxs bu dəfə polis əməkdaşını da təhqir etməkdən çəkinməyib. Bəli, çəkinməyib. Hər halda, insanı bəzi əməllərə sövq edən güvəndiyi şəxslər insana bu qədər cəsarət verə bilirmiş…
KAİM.az olaraq şikayəti təqdim edirik:
“Ucar rayonu H.Əliyev prospekti ev 136 sakini Şirinov Raqif Ayaz oğlu tərəfindən
ŞİKAYƏT
Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra məni ölümlə hədələtdirir və nalayiq söyüşlərlə məni təhqir etdirir.
Belə ki, Həsən Qasımovun barəsində video və fotofaktlarla şikayət etdikdən sonra 29 may 2021-ci il tarixdə onun kürəkəni “Azərişıq” ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu (055) 301-66-06 nömrəli telefonu ilə dəfələrlə zəng edib məni ölümlə hədələdi və nalayiq şəkildə söyüb təhqir etdi. Bunu təsdiq edən səs yazısını sizə təqdim edirəm.
Mən bu barədə 102 xidmətinə zəng edib məlumat verdikdən sonra Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabit əməkdaşı mənim izahatımı aldı. Həmin vaxt Zaur Səlimov mənə zəng edəndə Yusif adlı polis zabiti mənim telefonuma gələn zəngə cavab verdi. Zaur Səlimov məni və polis zabitini nalayiq söyüşlərlə təhqir etdi.
Həmçinin Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun oğlu Ucar Melioraservizdə mühəndis işləyən Nicat Qasımovda mənə dəfələrlə zəng edib ölümlə hədələdi və nalayiq söyüşlərlə təhqir etdi.
Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov və onun harınlamış ailə üzvləri dövlət qanunlarını saya salmırlar. Çünki, onlar dövlətin ayrdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan edib cəzasız qaldıqları üçün azğınlaşıblar.
Mən 25 may 2021-ci il tarixdə video faktlarla Həsən Qasımovun korrupsiya əməllərini ifşa etdim. Belə ki, 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video lentə almışam. Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır. Videoda görünən yonca otu idarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır. Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış “61 AC 262” nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərüffatında işlərə cəlb edilib. Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edib yonca əkmişdir.
Bu korrupsiya cinayətidir ki, Həsən Qasımov həyata keçirir. Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir. Ot bağları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır.
Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Həsən Qasımov uzun illərdir ki, bu idarədə müdir vəzifəsində işləyir.
Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur. Şirə kanalları lildən, kol-kosdan, qamışdan təmizlənmir deyə rayon torpaqları daha da şoranlaşıb məhv olur. Bütün işlər sənədlər üzərində saxtalaşdırılmaqla aparılır.
Mən hüquq mühafizə orqanlarından xahiş edirəm ki, şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan, məni ölümlə hədələyən və nalayiq sözlərlə söyüb təhqir edən Həsən Qasımovun, onun ailə üzvləri – oğlu Nicat Qasımovun və kürəkəni Səlimov Zaur Qurban oğlunun barəsində tədbirlər görülməsinə tapşırıq verəsiniz.
Qeyd edim ki, adı çəkilən hər üç nəfər vəzifəli şəxslərdir.
Əlaqə telefonum: (050) 780-62-84″

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir