Top.Mail.Ru
MANŞET

TƏCİLİ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ – Bir neçə gündən sonra…

Antalyada üç gün davam edən Diplomatik Forum atəşkəs səyləri və Qəzzada həll yolunun axtarışları ilə yadda qalıb.

KAİM.az xəbər verir ki, forumun son günü mətbuat konfransı keçirən xarici işlər naziri Hakan Fidan Qəzzaya humanitar yardımların çatdırılması ilə bağlı yeni tədbirlərin görülməsinin vaxtının çatdığını bildirib.

Saytların yığılması Saytların yığılması

H. Fidan vasitəçilər arasında Qəzzada atəşkəs üçün danışıqların davam etdiyini xatırladıb.

“Ümumiyyətlə, 11 mart Ramazan ayı öncəsi atəşkəsə nail olmaq üçün çox ciddi istək və səy var. Aclıq və xəstəliyin tüğyan etdiyi Qəzzaya yardımların çatdırılması üçün görüləcək işlər mühüm hala gəlib. İndi beynəlxalq ictimaiyyət mövcud təcrübələri bir kənara qoyub birtərəfli addımlar atmalıdır. Biz də bunu dəstəkləyirik” – o deyib.

Mövzu ilə bağlı “Hürriyet”ə məlumat verən mənbələr Türkiyənin hava yardımı səyləri ilə bağlı qonşu ölkələrlə təmasda olduğunu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan və Fələstin Dövlət Başçısı Mahmud Abbas arasında sabah keçiriləcək görüşdə bu məsələ, atəşkəs səyləri və qarşıdan gələn Ramazan ayında görüləcək işlər müzakirə olunacaq.

Qeyd edək ki, bu il üçüncü dəfə keçirilən Antalya Diplomatiya Forumu (ADF) dünən başa çatıb. 3 gün davam edən Foruma 148 ölkədən 4700 nəfər qatılıb. 19 dövlət və hökumət başçısının, 64 nazir və 57 yüksək səviyyəli beynəlxalq təşkilatın nümayəndəsinin iştirak etdiyi ADF-də qlobal və regional problemlər, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və miqrasiya kimi mövzularda ümumilikdə 47 sessiya keçirilib. Builki Forumun bir nömrəli gündəm maddəsi İsrailin Qəzzaya davam edən hücumları olub. Ərdoğan ADF çərçivəsində 11, xarici işlər naziri Hakan Fidan isə 32 həmkarı ilə görüşüb. //Musavat.com

Bənzər yazılar