Top.Mail.Ru
MANŞET

Xankəndidə alovlanan NOVRUZ TONQALI

“Prezident İlham Əliyevin Xankəndi şəhərində alovlandırdığı Novruz tonqalı bir daha bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycandır! Otuz ildən sonra Xankəndidə alovlanan bu tonqal dünya azərbaycanlılarının qəlbini isindirdi. Hər birimiz bu xoş mənzərəni artıq dördünücü dəfədir ki, qürurla, fəxrlə, qalib ölkənin vətəndaşı olaraq seyr etdik. Dövlətimizin başçısı ilk dəfə bayram tonqalını azad edilmiş Qarabağda – 2021-ci ildə Şuşada, sonra 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində alovlandırıb. Bu tonqalın alovu xalqımızı necə sevindirdisə, Ermənistanı və onun havadarlarını bir o qədər yandırıb-yaxdı. Builki bayram bir də onunla fərqlənir və səciyyələnir ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilər”.

KAİM.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Saytların yığılması Saytların yığılması

CİNGİZ SON.jpg (299 KB)

Hüquq müdafiəçisi deyib ki, Novruz elimizin-obamızın ən əziz, böyük təmtəraqla keçirdiyimiz bayramıdır:

“Qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Bu, həm də dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi qeyd edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuz doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını böyük təntənə ilə qeyd edirik. Prezident İlham Əliyev xalqımızı Novruz bayramı münasibətilə təbruik edərkən bir daha vurğuladı ki, builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik”.

UGUR SON.jpg (145 KB)

Ç.Qənizadə bildirib ki, Novruz bayramı milli adət-ənənələrin ayrılmaz parçasıdır:

“Bu bayram xalqımızın çoxçalarlı incəsənətinin güzgüsü, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Xalqımızın bu əziz bayramının artıq beynəlxalq müstəvidə tanındığını bildirən hüquq müdafiəçisi bu işdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyinin xüsusi qeyd olunmasının vacibliyini diqqətə çatdırıb. Məhz onun gərgin fəaliyyəti nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub”.

MUBAREK.jpg (56 KB)

Hüquq müdafiəçisi Novruz bayramının ölkəmizdə böyük təmtəraqla keçirildiyinin artıq adət halını aldığını qeyd edərək bildirib ki, Novruz həmişə el şənlikləri ilə qarşılanıb:

“Dövlətimizin başçısı da təbrikində bu məqamları xüsusi vurğulayaraq deyiub ki, milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır. Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Möhtərəm Prezidentimizin qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi‑bərəkət və firavanlıq gətirməsini diləməsi xalqımızın bayram ovqatını daha da yüksəldib”.

Bənzər yazılar