Top.Mail.Ru
MÜSAHİBƏ

İrandan Azərbaycana qarşı AĞLASIĞMAZ ADDIM: Təyyarələr ard-arda QALDIRILDI

KAİM.az onunla müsahibəni təqdim edirik.

Saytların yığılması Saytların yığılması

– Ermənistan tərəfi Azərbaycanla şərti sərhəddə yenidən gərginliyi artırıb. Son günlər atəşkəs qarşı tərəfdən tez-tez pozulur. Ermənistanın bu gedişdə məqsədi nədir?

– Ermənistanın şərti sərhəddə gərginliyi artırmasına o qədər də fikir vermək lazım deyil. Bu, qarşılıqlı təzyiq xarakteri daşıya bilər. Eyni zamanda, bəzi beynəlxalq güclərin diqqətini regiona cəlb etmək istəyi də ola bilər. Bu kontekstdə Ermənistanın silahlandırılması üçün konkret zəmin, bəhanələr ortaya çıxır. Guya vəziyyət gərgindir, Azərbaycan yenə də aqressiv tərəf olaraq davranmağa davam edir və bu da İrəvan üçün potensial təhlükə olduğu üçün Ermənistanın özünü kontekstində silahlara ehtiyacı var. Bu xüsusda silahlanma prosesinə rəvac verirlər. Son günlər İrandan ard-arda beş gün müddətində ağır yük təyyarələrinin bölgəyə silah daşıması faktı da bunu ortaya qoyur. Bu, zaman-zaman olacaq. Ancaq bunun müharibəyə çevriləcəyi ehtimalı o qədər də böyük deyil. Ona görə ki, Azərbaycan bu yöndə maraqları yoxdur. Azərbaycan kiməsə təcavüz etmək və yeni müharibə başlatmaq istəyində deyil. Ermənistanın bu yöndə qarşı dura biləcək gücü, potensialı da mövcud deyil. Yəni silahların gəlməsi, müharibə aparmaq imkanının olduğu anlamına gəlməz. Bunun üçün döyüşən ordu, konkret texniki kadrlara ehtiyac var ki, bu da qarşı tərəfdə yaxın illərdə bərpa olunacaq məsələ deyil.

– Aprelin 5-i Brüsseldə erməni tərəfi ilə görüş keçirildi. Görüşü necə dəyərləndirirsiniz, sizcə Ermənistan həmin istədiyi nəticəni ala bildimi?

– Paşinyan hökuməti xarici siyasətdə istiqaməti dəyişir. Bunu müxtəlif səviyyədə şaxələndirmə adı ilə təqdim edirlər. Ermənistan qarşısında qoyulan tələblər birmənalıdır. Baxmayaraq ki, bunu Qərb dünyası etiraf etmir. Bu da ondan ibarətdir ki, İrəvan rəhbərliyi Rusiya qoşunlarını Ermənistandan çıxarmalıdır. Bu da perspektivdə Ermənistanı Rusiyanın orbitindən tamamilə çıxarmaqdır. Həmin şərtlər altında Ermənistan hökumətinə sözün əsl mənasında ciddi yardımlar mümkün ola biləcək. 5 apreli görüşünün bu qədər sönük keçməsinin əsas səbəblərindən biri də məhz bu idi. Çünki həmin görüş sadəcə spontan olaraq, ortalığa çıxan təklif əsasında baş verməmişdi. Ötən il Qranada da dördtərəfli Azərbaycansız görüş keçirilmişdi. Burada Avropa Birliyi ilə ABŞ arasında razılıq əldə olunmuşdu ki, koordinasiyalı şəkildə Ermənistana bundan sonra yardım edək. Ancaq bu yardımlar sadəcə olaraq, Qərbin və yaxud Ermənistanın istəkləri fonunda baş verəcək deyildi. O zaman altı ay bundan öncə Ermənistanın qarşısında konkret tələblər qoyulmuşdu ki, Rusiyadan tədricən uzaqlaşsın. Amma 5 apreldə müzakirə zamanı bəlli oldu ki, Rusiyadan uzaqlaşma məsafəsi Qərbin istədiyi səviyyədə deyil.

– Qərbin istədiyi səviyyə nədir? Ermənistan hansı real addımlar atmalıdır?

– Əslində, Ermənistan Rusiyadan uzaqlaşma prosesini sadəcə ritorikada göstərib. Məsələn, “KTMT-də fəaliyyətimizi dondurmuşuq” – kimi qeyri-rəsmi sözlərdən ibarət olan açıqlamalardır. Bunu da nəyəsə calamaq mümkün deyil. Sadəcə olaraq, bunların içərisində bir rəsmi məsələ var ki, o da Ermənistanın Zvartnots aeroportundan 50-yə yaxın rus sərhədçisini 1 avqusta qədər göndərəcəyi və fəaliyyət göstərdiyi postları erməni sərhəd qoşunlarına təhvil verəcəyidir. Atılacaq yeganə rəsmi addım budur. Nəticə dolayısı ilə bu aylar, illər ərzində sıfıra bərabərdir. Bu da təbii ki, Paşinyan hökumətinə Qərb tərəfindən müəyyən etimadsızlıq yaradır. Yəni Paşinyanın yalançı, eyni zamanda bu istəkləri yerinə yetirəcək qədər güclü olmadığı və müəyyən manevrlərinə vaxt qazandığını görürlər. Buna görə İrəvana ayrılan bu yardımın miqdarı Ermənistan siyasətçilərini, eyni zamanda hətta hakimiyyət nümayəndələrini o qədər də məmnun etməyib. Hakim nümayəndələr buna o qədər də büruzə vermək istəmirlər. Gözləntiləri çox böyük idi. Guya hansısa təhlükəsizlik sazişi imzalanacaq, milyardlarla vəsait veriləcəkdi. Ancaq göründüyü kimi, 4 il müddətində yalnız ayrılacaq vəsaitin 270 milyon dollardan yuxarı olmadığı bəlli oldu. Hansı ki, il ərzində Rusiyadan öz ailələrinə köçürülən pulların miqdarı milyard dolları aşır. 5 aprel görüşünə qədər sərt ritorika ilə fərqlənən Rusiyadan görüşdən sonra səs çıxmadı: sanki qurbağa gölünə daş atdılar… Onlar da artıq sərt danışmırlar. Çünki ortada ciddi nəticə görmədilər. Kreml gördü ki, Ermənistan Rusiyadan ciddi şəkildə asılıdır. Ermənistan iqtisadiyyatını Rusiyaya bağlayan bütün şərtlər o qədər ciddidir ki, indiki vəziyyətdə siyasi hərbi, enerji təhlükəsizliyi və digər infrastrukturlar anlamında Rusiyadan aralanmaqla bağlı qərar verilsə, Ermənistan iqtisadiyyatı qısa müddətdə çökə bilər. Bunu əvəzləyəcək sehrli çubuq elə bir mexanizm Qərbdə mövcud deyil. Bu müzakirələrdə də aydın oldu. Ona görə də bunu iqtisadiyyatın şaxələndirilməsinə bağladılar. Ancaq bağlamaq yetərli deyil. İqtisadiyyatın şaxələndirilməsi üçün milyardlarla vəsaitə ehtiyac var. Bu görüş Ermənistan rəhbərliyi adına fiaskodur.

Bənzər yazılar