Top.Mail.Ru
ÖZƏL

VHM-dən mühüm TƏDBİR: Saakaşvilinin hüquqlarının müdafiəsi komitəsi yaradıldı – FOTO

VHM insan hüquqları mövzusunda tədbir keçirib.

Paytaxt.org xəbər verir ki, bu barədə VHM Mətbuat Xidmətindən məlumat verilib.

Saytların yığılması Saytların yığılması

Bildirilib ki, hazırda Gürcüstan Respublikasının təcritxanasında olan, Saakaşvilinin hüquqlarının müdafiəsi komitəsi yaradılıb.

Beləki, Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə(VHM) Hüquq Müdafiə Təşkilatı ölkədə və regionda durmadan mənfiyə doğru irəliləməkdə olan insan haqlarının pozulması, ölkədə siyasi düşüncəsinə görə təqiblərə, siyasi sifarişlə həbslərə məruz qalması barədə söz açan VHM sədri Elnur Azərsoy, Gürcüstan Respublikasının sabiq prezidenti Mixail Saakaşvilinin bu gün acınacaqlı və müdafiəsiz vəziyyətdə olmasını təəssüflə qeyd etib.

Sədr, regionda həqiqi demokratik dövlət qurmuş Mixail bəyin bu gün müdafiə olunmaması rusiyapərəst qüvvələrin demokratik dəyərləri sıradan çıxarması kimi xarakterzə edib.

VHM sədri Elnur Azərsoy bildirdib:

“Elə məhz buna görə də, Saakaşvilinin müdafiəsinə qalxmağı məqsədə uyğun hesab edirəm və təşkilat olaraq Mixail Saakaşvilinin hüquqlarının müdafiə komitəsi yaratdığımızı bəyan edirik. Bu istiqamətdə ölkənin demokratik qüvvələrini bizə dəstək vermələrini təvəqqe edirəm” .

Bənzər yazılar