Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Gizli səfərdə BAŞ VERƏNLƏR – Nikol Paşinyan Zəngəzura niyə gedib?

“Paşinyanın bundan əvvəl digər regionlara getməsindən fərqli olaraq Zəngəzura səfəri ciddi şəkildə gizli saxlanılıb. Hətta təhlükəsizlik qüvvələri bu barədə son anda məlumat alıblar. Yol polisinə isə səfərə yalnız yarım saat qalmış Paşinyanı müşayiət etmək göstərişi verilib”.

KAİM.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov fikir səsləndirib.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, bölgədə Paşinyan ciddi etirazla qarşılanıb: “Nikol heç bir şəhərdə maşından çıxaraq piyada gəzə bilməyib. Bu o deməkdir ki, Nikolun bölgəyə səfəri haqqında Koçaryan komandasına əvvəlcədən məlumat sızdırılıb.

Qeyd edilməlidir ki, Zəngəzurda icmaların bütün rəhbərləri əvvəllər açıq şəkildə Paşinyanın istefasını tələb ediblər. Bölgənin polis rəisləri isə bir neçə gün əvvəl vəzifələrindən kənarlaşdırılmışdılar”.

Zaur Məmmədovun sözlərinə görə, artıq bir neçə gün idi ki, Armen Sarkisyan Zəngəzurda səfərdə idi: “Dünən isə, regiona ABŞ ın İrəvandakı səfiri baş çəkmişdi. Beləliklə, seçkiqabağı Ermənistandakı mənzərə ondan ibarətdir ki, hakim partiya üçün ən problemli bölgə elə Zəngəzur olacaq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir