Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Tələbəlik illərini Bakıda keçirən Ermənistanın yeni MÜDAFİƏ NAZİRİ KİMDİR?- DOSYE

Ermənistan Prezidenti Armen Sarkisyan istefa vermiş Müdafiə naziri David Tonoyanın yerinə yeni təyinat haqqında fərman imzalayıb.

“Sputnik” Ermənistan xəbər verir ki, fərmana əsasən, Vaqarşak Arutyunyan Ermənistanın yeni Müdafiə naziri təyin edilib. O Ermənistanda hərbi lider , ordu general-leytenantı kimi tanınır.

Saytların yığılması Saytların yığılması

KAİM.AZ yeni nazirin dosyesini təqdim edir:

Bakıdakı S. Kirov adına Xəzər Ali Dənizçilik Məktəbini bitirib.
1991 – Dənizçilik Akademiyası və RF Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası
1978-1990 – Uzaq Şərqdə xidmət etmişdir.
1991-1992 – Daxili işlər nazirinin müavini, Ermənistan Respublikası Müdafiə Komitəsi sədrinin birinci müavini.
1992-1994 – MDB ölkələrinin Birgə Silahlı Qüvvələri Baş Komandanlığı Baş qərargah Başçısının müavini.
1994-1999 – MDB GU Hərbi Əməkdaşlığı Koordinasiya Baş qərargah Başçısının müavini – RA Silahlı Qüvvələrinin nümayəndəsi.
1999-2000 – Ermənistan Müdafiə Naziri.
23 iyul 2002 – müxalif  “Cümhuriyyət”  partiyasına qatıldı.
2002 – Prezident Köçəryanın bir fərmanı ilə hərbi rütbələrindən məhrum edildi.
2005 – Albert Bazeyan ilə birlikdə Milli Dirçəliş Partiyasını qurdu . 2007-ci ildə partiya fəaliyyətini dayandırdı.
2019 – General-leytenant hərbi rütbəsi bərpa edildi.
2020 – Baş nazir Nikol Paşinyanın baş müşaviri təyin edildi

Qeyd edək ki , digər fərmana əsasən, Ermənistanın Fövqəladə Hallar naziri və Əmək və Sosial işlər nazirinin yerinə də yeni təyinatlar olub.

Belə ki, Fövqəladə Hallar naziri vəzifəsini Andranik Piloyan, Əmək və Sosial işlər naziri vəzifəsini isə Mesrop Arakelyan icra edəcək.

Kənan Ağaliyev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir