Top.Mail.Ru
bannerSİYASƏT

Paşinyanın terror və təcavüzkar siyasətində “sülh göyərçin”i

İşğalçı ermənistan hümanitar atəşkəsi hər dəfə Azərbaycanın mülki vətəndaşlarına qarşı terror edərək pozur.

Belə ki, Soros uşağı paşinyan və himayədarları hərb meydanında uduzduğunu bilərək, sivil insanlrı öldürməklə qisas alır. 10 oktyabr Rusiyanın atəşkəs təşəbbüsündən sonra Gəncə vuruldu ,10 mülkü şəxs, 17 oktyabr Fransanın atəşkəs təşəbbüsündən sonra yenə Gəncə vuruldu, 14 nəfər mülki şəxs, 27 oktyabr isə ABŞ-ın atəşkəs təşəbbüsündən sonra Bərdə vuruldu, daha 4 nəfər mülki şəxs həyatını itirdi. İşğalçı ermənistanın qanlı cinayətlərindən və təcavüzkar siyasətindən əl çəkməməsinin səbəbi beynəlxalq aləmin, xüsusən Minsk qrupunun üzvləri Fransa, Rusiya və Amerikanın susqunluğu daha doğrusu erməni himayədarlığının nəticəsidir.

Saytların yığılması Saytların yığılması

Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərə görə ermənistan qədər havadarları da günahkardır. Bütün bu qeyri-insani hərəkətlərə baxmayaraq, Azərbaycan yalnız savaş meydanında işğalçı ölkənin hərbi obyektlərinə və silahlı quruplarına qarşı adekvat tədbir görür. İşğalçı ermənistanın baş naziri Paşinyan xalqına müraciət edərək “Bir ay ərzində onlar bizə hücum edirlər. Qarabağ yaralandı, amma sağ qaldı. Qarabağ erməniləri, bütün ermənilər Qarabağ uğrunda sona qədər mübarizə aparacaqlar. Hər bir əks hücum düşmən üçün dağıdıcı olacaq, – deyir. Paşinyan əks hücum dedikdə, Azərbaycanın sivil vətəndaşlarını raket atəşinə tutmağı nəzərdə tutur. Ermənistan dövləti terrorçuluğu ideologiya olaraq qəbul etdiyini açıq şəkildə bəyan edir.

Bu gün Azərbaycana atəşi dayandırmaq üçün müxtəlif yollarla təziq göstərən ölkələr özləri terrorçu ilə danışıq apararlarmı? Terrorçu ilə danışılmır. Terrorçu zərərsizləşdirilir. Beynəlxalq hüquq bunu tələb edir. Buna görə də rəsmi Bakı öz ərazisini terror yuvalarından təmizləyir. Yaxşı olardı ki, “sülh göyərçinləri” təzyiqi terror mərkəzi olan yeravana göstərsinlər. Bununla yanaşı qeyd etmək istəyirəm ki, bu gün biz ən yeni tariximizdə Serblərin Bosniyada törətdikləri soyqırım və təcavüzlərinə qarşı “Biz də eyni şeyləri edək” tələbinə qarşı Aliyanın verdiyi cavabı xatırlayaq.

“Onlaramı oxşayaq yoxsa… O, zaman nə fərqimiz qaldı?

Bu gün Azərbaycan hökuməti illər öncə Bosniyanın atdığı addımı təkrarlayır. İşğalçı ölkənin mülki obyekt və şəxslərinə qarşı heç bir hərbi əməliyyat aparmır. İşğalçı ermənistanın hərbi cinayətləri bununla bitmir.

Belə ki, paşinyan hökuməti terror təşkilatı olan PKK nın üzvlərini işğal edilmiş Azərbaycan ərazilərinə gətirərək, terrorçulara Azərbaycan sərhəd qoşunlarının hərbi formasına uyuğun geyindirərək iddia edirdi ki, bunlar Azərbaycan tərəfdən döyüşür. Çox keçmədi bu iddia tamamən alt-üst oldu. Ermənistan müdafiə naziri silahlı quruplaşma üzvləri ilə poz verib, şəkil çəkdirərkən həmin terrorçulardan biri məlum şəkilə düşüb. Bu hadisə özlüyündə bir daha sübut edir ki, işğalçı ölkə nə qədər məkirli və hiyləgər olsa da, bir o qədər axmaqdır.

Bu gün hər bir Azərbaycan vətəndaşı prezidentə inanaraq, onun ətrafında bir yumruq kimi birləşmişdir. Bu birliyimiz  hər iki cəbhədə qələbəbizdir. Bizə xalqımız, şanlı ordumuz, müzəffər Ali baş komandanımz yetər…!

Zəfər günümüz uzaqda deyil.
Qarabağ Azərbaycandır!

“Kainat” informasiya şöbəsi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir