Top.Mail.Ru
SİYASƏT

Aİ-nin fövqəladə sammiti ÇAĞIRILDI – Masada hansı məsələlər var?

Avropa İttifaqı (Aİ) ölkələrinin rəhbərliyi aprelin 17-18-də keçiriləcək fövqəladə Aİ sammiti zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

KAİM.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” sosial şəbəkəsində yazıb.

Saytların yığılması Saytların yığılması

“Yaxın Şərqdəki, o cümlədən Livandakı vəziyyət gələn həftə Avropa Şurasında müzakirə olunacaq”, – deyə o qeyd edib.

Ş.Mişel bunu İranın İsrailə zərbələri ilə bağlı G7-yə sədrlik edən İtaliyanın təşkil etdiyi G7 liderlərinin videokonfransından sonra bildirib.

Onun sözlərinə görə, iclas iştirakçıları “İranın İsrailə misli görünməmiş hücumunu yekdilliklə pisləyiblər”. “Bütün tərəflər təmkinlik nümayiş etdirməlidirlər, biz gərginliyi azaltmaq üçün bütün səylərimizi davam etdirəcəyik”, – deyə Avropa Şurasının rəhbəri vurğulayıb. //Publika.az

Bənzər yazılar