Top.Mail.Ru
SİYASƏT

İkinci Ukrayna ssenarisi başlayır: Bakı və Ankaradan SON HƏMLƏ…

Brüsseldə aprelin 5-də Avropa İttifaqı-Ermənistan və ABŞ arasında keçirilən görüş bir çox çevrələrin diqqətini çəkib. Görüşdə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edib. Bu, sözsüz ki, Azərbaycanın və Türkiyənin də maraqla izlədiyi görüş idi. Azərbaycanın iştirak etmədiyi, Cənubi Qafqazla bağlı toplantının keçirilməsi fərqli maraqlara xidmət edir.

KAİM.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Saytların yığılması Saytların yığılması

O qeyd edib ki, bu görüşün əsas məqsədi Azərbaycana qarşı həmlə idi:

“Türkiyənin mövqeyi isə ondan ibarətdir ki, bu kimi addımlar Cənubi Qafqaz üçün yeni təhdidlər yaradır. Çünki 5 apreldən öncə Azərbaycanın reaksiyalarına cavab olaraq ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti Prezident İlham Əliyevə zəng edərək toplantının Ermənistanın inkişafına yönəldiyini bildirdilər. Qeyd etdilər ki, bu tədbir Azərbaycan qarşı istiqamətlənməyib. Təbii ki, Azərbaycan Prezidentinə edilən telefon zəngləri olduqca önəmli idi. Avropa Birliyinin enerji təhlükəsizliyi üçün Azərbaycan önəmli ölkədir. ABŞ Azərbaycanın güclü və dəyərli tərəfdaş olduğunu gündəmə gətirir”.

Sabiq səfir hesab edir ki, Ermənistanın Brüssel görüşündən gözləntiləri böyük idi:

“Aİ-nin Ermənistana ayıracağı 270 milyon avro 4 illik bir dövrü əhatə edir. ABŞ-nin ayıracağı 65 milyon dollar isə heç də böyük rəqəm deyil. Paşinyan isə bu görüşdən Azərbaycan əleyhinə bəyanatların verilməsini istəyirdi. ABŞ və Aİ Rusiyaya qarşı açıq mübarizə formatına keçib. Ermənistanın isə onlarla əməkdaşlığı Rusiyanın reaksiyasına səbəb olub. Eyni zamanda İran bu məsələ ilə bağlı susqunlüq nümayiş etdirir. Gürcüstan da bölgə ölkəsi olaraq mövqeyini bildirməyib”.

Hulusi Kılıç bildirib ki, Qərbin əsas məqsədi Ermənistanı təsir dairəsinə salmaqdan ibarətdir:

“Onlar bu ölkədən ikinci Ukrayna düzəltmək istəyir. Təbii ki, bütün bunlar Azərbaycana heç bir halda təsir edə bilməz. Güclü Ordusu, xalq dəstəyi, Lideri olan Azərbaycan bu məsələlərin öhdəsindən ən layiqli formada gələcək. Türkiyə bütün məsələlərdə olduğu kimi bu prosesdə də Azərbaycanın yanında olacaq. Ona görə də, Ermənistan bir dövlət kimi hərəkət edərək nəhayət Azərbaycanla sülh sazişi imzalamalı və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır”. //Teleqraf.com

Bənzər yazılar