Top.Mail.Ru
SİYASƏT

“Nə qədər ki, Rusiya hərbi qüvvələri Azərbaycan ərazisindədir…” – Partiya sədri

“Rusiya “sülhməramlıları”nın əsil məramı Qarabağda sülh yaratmaq yox, tam əksinə münaqişənin qorunub saxlanmasına, davam etməsinə nail olmaqdır”.

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Saytların yığılması Saytların yığılması

A.Hacılı bildirib ki, bu gün Yuxarı Qarabağ ərazisinə erməni əhalisinin yerləşdirilməsinə ermənilərin özlərindən daha çox maraqlı olan da Rusiyadır: “Rusiya həm Azərbaycanda, həm də Ermənistanda təsir imkanlarını saxlamaq üçün ərazimizdə Bakıya tabe olmayan erməni anklavının olmasında maraqlıdır. Yoxsul Rusiya əhalisinin vergiləri hesabına yaranan dövlət büdcəsindən milyardlarla rubl vəsaiti Yuxarı Qarabağ ərazisində, məhz bu məqsədlə xərcləyir. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi var və nə qədər ki, Rusiya hərbi qüvvələri Azərbaycan ərazisindədir bu münaqişə həll olunmayacaq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir