Top.Mail.Ru
SİYASƏT

Polşalı politoloq erməniləri Putinlə HƏDƏLƏDİ: Bakıya YAŞIL İŞIQ yandıracaq, sonra isə…

Putin Paşinyana nifrət edir və Ermənistanda hakimiyyəti dəyişmək istəyir.

KAİM.az xəbər verir ki, bu bəyanatla “Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” mövzusunda müzakirə zamanı polşalı politoloq Voyçex Qurecki çıxış edib.

Saytların yığılması Saytların yığılması

Onun fikrincə, Putin bunun üçün bütün imkanlardan istifadə edəcək.

“Azərbaycanın Qarabağı qaytarması zamanı Rusiya düşünürdü ki, bu, Ermənistan cəmiyyətində elə bir narazılıq dalğası yaradacaq ki, Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması, yəni Ermənistan təhlükəsizliyin təminatçısı olmaqdan çıxıb”, – politoloq bildirib.

O, iddia edib ki, “vəziyyətin daha da gərginləşəcəyi təqdirdə, Moskva Ermənistana qarşı fəaliyyət göstərmək üçün Azərbaycana yaşıl işıq yandıracaq və vəziyyətə müdaxilə etməyəcək”.

“Hərəkətsizlik də keçmişdə olduğu kimi həll yoludur”, – ekspert əlavə edib.

Onun sözlərinə görə, Rusiya 2020-ci ildə Ermənistana İrəvanın ümid etdiyi dəstəyi verməyib. //Publika.az

Bənzər yazılar