Top.Mail.Ru
SİYASƏT

“Ramiz Mehdiyev istəyir ki, ölkədə vəziyyət daha da gərginləşsin”

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Fizika İnstitutunun bütün rəhbərliyini işdən çıxarması ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, Ramiz Mehdiyev Azərbaycanda qarışıqlıq salmağa çalışır:

“Ramiz Mehdiyevin bu addımını düzgün hesab etmirəm. Ölkəni necə qarışdırırsa, akademiyada da bu cür addımlar atır. O, nə qədər ki, Azərbaycandadır, ölkədən çıxarılmayıb, həmişə bu cür qarışıqlıq salmağa çalışacaq. Düşünürəm ki, bu məsələ ciddi formada həll edilməlidir. Ramiz Mehdiyev 5-ci kolona rəhbərlik edir və düşünür ki, sona qədər gedəcəkdir. O, bu cür addımlarla istədiyini edir. Onun Azərbaycanda qalması təhlükəlidir. Öz qohumları olan ermənilərin öldürülməsinin xiffətini çəkir. İstəyir ki, heyfini çıxsın. Düşünürəm ki, institutun işçiləri etirazlarını sivil qayda bildirərək, erməni ilə işləmək istəmədiklərini deyəcək, öz haqlarını tələb edəcəklər”.

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir