Top.Mail.Ru
SİYASƏT

Rusiya sülhməramlıları Azərbaycanda müvəqqətidir – “Qələbəmizə kölgə salmayın”

Bu gün başım o qədər tədbirə, Şəhid ailələri ilə görüşə qarışdı ki, hələ indi göz atıram feysbuka. Nələr gördüm… Bu tip söhbətləri, “mız”ları tam qələbədən (bütün əraziləri hərb yolu ilə azad edəndən) sonra gözləyirdim. Hər bir halda “mız”lar olacaqdı. Niyə? Yazacam indi. Ondan əvvəl isə bəzi şeyləri deyim…

Əzizlərim, adlarını çəkdiyiniz rayonlar (hansı ki, niyə adları müddəalarda yoxdur deyirsiniz) Dağlıq Qarabağ sayılır. Dağlıq Qarabağ haqqında isə qərar var. Yəni bizdədir və statusu olmayacaq.

Saytların yığılması Saytların yığılması

“Rusiya niyə var?”, “Rusiya nə gəzir burada?” deyirsiniz ha? Əzizlərim, Rusiya gecə saat 2-də gəlməyib ee. Onlar əvvəldən bu münaqişənin tərəfi idilər. Münaqişə başlayandan bu günə qədər və bundan sonra da. Açın xəritəyə baxın. O yuxarıda görünən zırıltı ərazi Rusiyadı. O aşağıda dənizin yanında çıqqılı yer var ha? Hansı ki, xırda dövlətləri rəqəmlə işarələyirlər və ora rəqəm də böyük gəlir. Bax, ora bizim ölkəmizdir. Yəni regionun supergücüdür Rusiya. Nəinki region, dünyanın supergücüdür. Biz istəsək də, istəməsək də, Rusiya həmişə olacaq. Nə edək, bəxtimiz belə gətirib. “Rusiya kimdir?” nədir?  Rusiya XİN-i istədiyi vaxt ayağına çağırandır. Rusiya bu münaqişənin əsas gücüdür. Hətta hərbi yolla hər yeri qaytarsaq belə, masada Rusiya olacaqdı və şərtləri ilə…

O torpaqların hər qarışı qanla alınıb, qanla! Bizim övladlarımızın qanı ilə. Canı, həyatı bahasına! Ona görə də naşükür olmayın. Əgər mənim əsgərim zəng edib, ağlaya-ağlaya qalib gəldik deyə sevinirsə, mənim onun qələbəsinə sevinməməyə haqqım yoxdur! Hansı ki, o əsgər ilk atəşkəsdə əsəbi idi, acıqlı idi.

Gələk zibillərin burada yaşamaq məsələsinə. Elə, başda dediyim “mız”ın biri bu yöndə idi. Ay qardaş, onsuz da ermənilərin yaşamaq məsələsi gündəmdə idi də. Niyə ilk dəfə eşidirsiniz kimi yanaşırsınız? Hətta bütün əraziləri hərbi yolla alsaq da, onların orada yaşamamaq məsələsi olacaqdı.  (onda da buna “mız” qoyacaqdıq). Yəni yaşam məsələsi Rusiyanın həmişəki tələbi olub. Çünki, acı da olsa, o zibillər bir müddət orada yaşayıblar və indi faktiki “evlər”inə qayıtmaq istəyirlər. Onların həqiqətən orada yaşaya bilməsini isə qan yaddaşımız müəyyən edəcək!

Deyir ki, “bunu sülhlə olanda da deyirdilər də. Daha niyə qan tökülürdü ki?” Əzizim, birincisi sənə kim idi sülhlə torpaq verən? İkincisi də “baza prinsipləri”ndən xəbərin var? Orada deyirdi ki, Dağlıq Qarabağa status verilsin, əhalisi arasında isə referendum keçirilsin və.s, və.i. Yəni indiki üstünlük yox idi. Bu üstünlüyü isə bizim əsgərlərimiz canı, qanı bahasına qazandı. Naxçıvanla birbaşa əlaqə qazandıq (Laçın dəhlizinə əvəz).

Biri yazır ki, Rusiya sülhməramlıları Laçında soyqırım edəcək. Xəstəsiniz? Necə düşünə bilirsiniz bunu? O babaları öldü daha!

Yəni, hər kəsin fikrinə hörmət edirəm (soyqırım olacaq deyənlərdən başqa), amma siz də bizi qoyun yerinə qoyub, qələbəmizi ələ salmayın. Buna haqqınız yoxdur (xoş dillə yazdım)

Natiq Səlim

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir