Top.Mail.Ru
SİYASƏT

Sülhlə bağlı SON DURUM: Prosesin arxa plana keçmə səbəbi AÇIQLANDI

KAİM.az xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə deyib.

Saytların yığılması Saytların yığılması

O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya İranla münaqişənin genişləndirilməsində maraqlı olmadıqlarını deyib:

“Bu o deməkdir ki, İsrailin ABŞ-ni İranla müharibəyə cəlb etmək məqsədi pozulacaq. Çünki Amerikada seçkilər keçiriləcək, ona görə itkilər vermək istəmir. Vaşinqton hələ öz məsələləri məşğul olmaq niyyətindədir”.

Politoloq hesab edir ki, İran da münaqişənin genişlənməsinə maraqlı deyil:

“Sözsüz ki, İran-İsrail münaqişəsinin Cənubi Qafqaza təsiri ilə bağlı danışmaq tezdir. Genişmiqyaslı müharibə başlamayana qədər iki ölkə arasındakı gərginliyin bölgəyə təsiri olmayacaq”.

Zərdüşt Əlizadəyə görə, hazırda Azərbaycanla Ermənistan arasında olan sülh prosesi öz məntiqi ardıcıllığı ilə davam edir:

“Eyni zamanda Azərbaycan və İran da münasibətlərini kəskinləşdirmək istəmir. Ona görə də, proseslərin öz axarında inkişaf dinamikası lazımi səviyyəyə çatana qədər gözləmək lazımdır”. //Teleqraf.com

Bənzər yazılar