Top.Mail.Ru
ŞOU-BİZNES

Pakistan və Türkiyə “Türk Qardaş” serialının çəkilişinə başladı… – VİDEO

Pakistan Baş naziri İmran Xanın administrasiyası Türkiyə ilə ortaq şəkildə tarixi bir serialın çəkilişlərinə başlanıldığını açıqlayıb.

Moderator.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Xan İslamabadda Türkiyənin məşhur “Tekden Film” prodüser şirkətinin rəhbəri Kamal Tekden və komandası ilə layihənin detallarını müzakirə edib.

“Türk Lələ” – “Türk Qardaş” serialı Hindistan yarımadasından gələn müsəlmanların Balkan döyüşlərində (1912-1913) qəhrəmanlıqla iştirakından bəhs edir. “Lələ” puştun dilində “böyük qardaş” deməkdir.

Görüş iştirakçıları filmin konkret tarixi qəhrəmanların timsalında pakistanlı və türkiyəli gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verməli olduğunu vurğulayıblar. Bunların arasında Kəşmirli Əbdürrəhman Peşəvəri də var.

Ə. Peşəveri “Anadolu” agentliyinin ilk müxbirlərindən biri və Türkiyənin Kabildəki ilk səfiri olub. Onun Türk xalqının Milli Qurtuluş savaşının fəal iştirakçısı olduğu məlumdur.

Xatırladaq ki, yeni serialın çəkilişinin boynuna götürmüş Kamal Tekden dünyaca məşhur “Diriliş Ərtoğrul” serialının da prodüseridir. Pakistan lideri ilə sözügedən görüşdə bu serialın ünlü qəhrəmanlarından biri olan Əbdülrəhman Alp obrazının ifaçısı Cəlal Əli də iştirak edib. O, “Türk Lələ” serialında əsas rollardan birini ifa edəcək.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button