Top.Mail.Ru
CƏMİYYƏT

DİN pandemiya ilə mübarizə üçün yollarda xüsusi postlar qurdu-“MƏSULİYYƏTLİ OLUN”

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

DİN Mətbuat xidmətindən KAİM.az-a verilən məlumata görə 2020-ci ilin dekabrın 22-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1360 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2626 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Saytların yığılması Saytların yığılması

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir