Sumqayıtın idarə rəsmisi sakinləri günahlandırdı: “… problem həllini tapmayacaq”

Sumqayıtın şəhərinin İnşaatçılar qəsəbəsində illərdir ki, kanalizasiya problemi yaşanır. Problem Süleyman Rəhimov küçəsində daha qabarıq şəkildə özünü göstərir. Nəticədə kanalizasiya suları küçələrə axır.
Qəsəbə sakini Sərxan Alıyev Xeberle.com-a bildirib ki, problemin həlli istiqamətində aidiyyatı qurumlara müraciət etsələr də hələ də bir nəticə hasil olmayıb.
Sumqayıt şəhər Sukanal İdarəsinin rəsmisi Rövşən Orucov isə Xeberle.com-a açıqlamasında problemin səbəbini belə izah edir: “İlk növbədə həmin ərazidə yaşayan sakinlər tullantıları kanalizasiya borularına atırlar. Bu da ərazidə tez-tez kanalizasiya borularının daşmasına gətirib çıxarır. Bu hallar mütəmadi olaraq yaşanır. Tullantılar kanalizasiya borularına atılırsa problem həllini tapmayacaq”.