Top.Mail.Ru

Uncategorized

BDU-nun itkin düşən tələbəsi tapılıb – YENİLƏNİB Related News

BDU-nun itkin düşən tələbəsi tapılıb - YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) itkin düşən tələbəsi tapılıb.

Bu barədə ONA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Məlumatda bildirilir ki, fevral ayının 17-də itkin düşən Goraboy rayon sakini Mayis Qurbanov bu gün səhər saatlarında Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.

Loading...
Yazının davamı reklamdan sonra

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Goranboy rayonunda məskunlaşan, Kəlbəcər rayonundan olan məcburi köçkün Mayis Aslan oğlu Qurbanov bir neçə gün əvvəl Bakıya getmək adı ilə evdən çıxıb və həmin tarixdən itkin düşüb. Tələbənin yaxınları bu barədə polisə məlumat veriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, M.Qurbanov BDU-nun hüquq fakültəsinin birinci kurs tələbəsidir. O, 667 balla universitetə qəbul olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button