Top.Mail.Ru
GÜNDƏM

71 nömrəli avtobusun hərəkəti müvəqqəti dəyişdiriləcək

Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə Kaim.az -a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, buna səbəb paytaxtın Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır. Odur ki, sözügedən marşrut üzrə hərəkət sxemi iki istiqamətdə – “Azadlıq prospekti” metro stansiyası – Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) – “Koroğlu” metro stansiyası istiqamətində təşkil ediləcək. Kaim.az :

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar