Top.Mail.Ru
ARAŞDIRMA

Azərbaycan Şimali Kiprin müstəqilliyini TANIMAĞA HAZIRLAŞIR? – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Bəzi türkiyəli siyasi ekspertlərin qənaətincə, Qarabağdakı 44 günlük müharibədən sonra Azərbaycan rəsmi olaraq Şimali Kiprin müstəqilliyini tanıya bilər. Bu gün Türkiyə prezidenti Ərdoğan Şimali Kiprə səfər edəcək. Türk prezident səfərdən əvvəl deyib ki, o, Şimali Kiprdən xoş xəbər verəcək.

Ehtimallardan biri də budur ki, Ərdoğan paytaxt Lefkoşada Şimali Kiprin bəzi dövlətlər tərəfindən, o cümlədən Azərbaycan tərəfindən müstəqilliyinin tanınacağını bəyan edəcək.

Saytların yığılması Saytların yığılması

Yeri gəlmişkən, Azərbaycan parlamentinin bir qrup deputatı da Şimali Kiprdədir və onlar bu ölkənin prezidenti Ərsin Tatarla da görüşüb. Ərsin Tatar görüşdə qeyd edib ki, Azərbaycan, Ş.Kipr və Türkiyə bir millət, üç dövlətdir.

Beynəlxalq birlik tərəfindən tanınan, Aİ-mənəvi olan Kiprdə çıxan bir qəzetdə belə bir məlumat dərc olunub ki, Şimali Kiprin müstəqilliyi Azərbaycan, Liviya, Banqladeş və Qambiya tərəfindən tanınacaq. Bu məlumat Kiprin prezidenti Nikos Anastadiadisin rəhbərlik etdiyi DİSİ partiyasına yaxın “Alithia” qəzetindəndir.

Əvvəllər də Azərbaycan rəsmi olaraq Şimali Kiprin müstəqilliyini tanımağa cəhd edib, lakin Avropa İttifaqının “Biz də Dağlıq Qarabağın müstəqilliyini tanıyarıq” resti ilə qarşılaşmışdı. İndi belə anlaşılır ki, Türkiyə tərəfi də 44 günlük müharibədən sonra Şimali Kiprin Azərbaycan tərəfindən tanınmasında maraqlıdır. Hətta Ş.Kiprin prezidenti Ərsin Tatar Azərbaycana səfərə dəvət edilmişdi.

Qeyd etdiyim kimi, Səməd Seyidovun rəhbərlik etdiyi azərbaycanlı deputatlar hələ də Şimali Kiprdədir. Prezident Ərsin Tatarla görüşdə Səməd Seyidov deyib ki, Azərbaycan bundan sonra Avropa Şurasında Şimali Kiprin hüquqlarını müdafiə edəcək.

Əlbəttə, Şimali Kiprin müstəqilliyini tanımaq biraz ağır prosedurdur. Hətta indiki etapda mən bunu nisbətən riskli hesab edirəm. Üstəlik, qərb dövlətləri hələ də Dağlıq Qarabağın statusunun müəyyən edilməsindən danışır. Digər tərəfdən, bizə məlumdur ki, 44 günlük müharibədə Yunan lobbisi Ermənistana kömək edib, hətta Yunanıstanın Ermənistana hərbi yardım etdiyini də bilirik.

Şimali Kiprin müstəqilliyinin Azərbaycan tərəfindən tanınmasına təbii ki, təpkilər olacaq. Hər halda, Azərbaycan hakimiyyəti də bunları nəzərə almalıdır.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir