Top.Mail.Ru
ARAŞDIRMA

Şi Cinpinqdən TARİXİ MANEVR: Çin “Böyük ipək yolu”nu BƏRPA EDİR – ARAŞDIRMA

Siyasi ekspert Elman Vəliyev

Çin Xalq Respublikasının Prezidenti Şi Cinping 2013-cü ildə “bir ipək, bir yol” adlı layihə irəli sürdü. Bu layihə marşrutu Avropa və Afrikadan keçərək Asiyaya gedəcəkdi. Marşrut 2016-cı ildə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin səpkisində irəliləməyə başladı, ancaq bir müddətdən sonra dayandı. Çinin bu layihəsində Azərbaycan çox mühüm yer tutur.

Azərbaycanın strateji mövqeyi buna şərait yaradır. Yəni Gürcüstan,Türkiyə (ağıllı olsa Ermənistan da) marşrut xətti Azərbaycan vasitəsilə hərəkət edə bilər. İyunun 2-də ÇXR Prezidenti Şi Cinping və prezident İlham Əliyev bu layihəni müzakirə etdilər.

Saytların yığılması Saytların yığılması

Danışıq əsnasında 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunması yer alıb. Görünən odur ki, yaxın vaxtlarda Azərbaycan bu layihədə daha irəli addım atacaq. Cinping layihəni təklif edəndə bəzi dövlətlər (xüsusilə Mərkəzi Asiya) müsbət qarşılamışdı.

Amma Çin 7 ildir ki, bu işin ayaq-başını yığa bilmir.

Niyəsin soruşsanız deyə bilərəm ki, layihənin ərsəyə gəlməsi üçün olduqca böyük maliyyə lazımdır. Afrika tərəfinin layihəyə ayıracaq o qədər də vəsaiti yoxdur. Avropanın bir hissəsi isə layihəyə soyuq yanaşmışdır. Mərkəzi Asiya isə heç öz problemlərini həll edə bilmir. Belə baxsaq, Türkiyə, Azərbaycan və İran qalır bu işdə Çinə yardım edəcək. Əslində isə bu layihə Çinə sərf eləyir. Böyük ipək yolunu yenidən bərpası məqsədini güdür.

Çin dəmir yolu, maşın yolu, dəniz yolu nə mümkünsə şəbəkələri genişləndirmək, asılılıq statistikasını gücləndirməyə səy göstərir.

***

Digər bir məsələ isə Çinin hegemonluğunu artırmasıdır. Görürük ki, bölgədə Rusiya-Türkiyə-ABŞ-İran-Fransa qarşıdurmaları yaşanan zaman Çin saman altından öz işlərini görür. Şirin, diplomatik dil ilə bunları həyata keçirir. Şərqi Türküstanda Uyğur Türklərinə qarşı olanlara niyə səssiz dayanırlar? Çünki, Çin əvvəlcədən tədbirini görüb. Həmin Türk dövlətləri Çinə bir xeyli pul borcludur, Çinin nə qədər yatırımları var. Yəni Çin illərdi “iqtisadi monopoliya” yaratmağa yönəltmişdi öz siyasətini…

Çinin xarici borcu da var. Amma buna baxmayaraq “borc siyasəti” planlarının içərisində mühüm yer tutur. Bəzi mənbələrdə görmüşdüm ki, Çinə toplamda 1 trilyondan çox borc var.

Çin Amerikanın bölgədə güclənməməsi üçün hətta bəzi dövlətlərə öz cibindən yardım elədi (təbii ki, maraqlarına zidd olaraq deyil). Sabiq prezident Tramp Çinin güclənməsini görürdü və bununla bağlı nəsə etməyə çalışırdı.

Amerikanın Rusiya və Çinə təzyiqləri isə onları bir-birilərinə yaxınlaşdırır.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir