Top.Mail.Ru
bannerKRİM - XRONİKA

Bakıda kişinin boğazına ZƏNCİR VURDULAR: DİN hərəkətə keçdi-ŞOK VİDEO

Paytaxtın Sabunçu rayonunda vətəndaşın boğazına zəncir vurub bağlayıblar. 

KAİM.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə videögörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Saytların yığılması Saytların yığılması

Videogörüntülərdə obyekt sahibi məkanına oğurluğa girməkdə ittiham etdiyi şəxsin boğazına zəncir vuraraq onu cəzalandırıb.

Sosial şəbəkədə sürətlə yayılan videogörüntülər şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sosial şəbəkə seqmentlərində yayılan videogörüntülər araşdırılır:

“Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunub. Şəxs müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir