Top.Mail.Ru
ARAŞDIRMAbanner

Kərimlinin “siyasi mühacir biznesi” və trol dəstələrinin DƏHŞƏTLİ CİNAYƏTLƏRİ-ARAŞDIRMA

Azərbaycanın qələbəsi regionun geosiyasi durumunu tamamən sıfırlayaraq yeni düzən vermişdir. Bu düzən dövlətimizin uzun illər apardığı uğurlu daxili və xarici siyasətin nəticəsindən hasil olmuşdur. Lakin dünən olduğu kimi, bu gün də dövlətimizin və xalqımızın uğurunu qəbul edə bilməyən xarici düşmənlərimiz və onun əlaltıları olan bəzi “siyasətçi və iqtisadçılar” həmçinin özlərini “blogger” adlandıran şəxslər var.

Bu tiplər insanların vətən, xalq sevgisindən istifadə edərək müəyyən çətir altında toplayaraq ümidsiz hala gətirir və onlardan yalnız öz maraqları çərçivəsində istifadə edirlər. “Ümidsiz insanlara” bir müddətdən sonra ” hər şeyin yaxşı olacağı” sloqanı ilə xilaskar liderlər hakimiyyətə gələcək deyib günü ayla, ayıda illərlə əvəzləyib öz “siyasi liderlik” ömürlərini yaşayırlar.

Saytların yığılması Saytların yığılması

Bu yöntəmdən ən çox və məharətlə istifadə edən Əli Kərimlidir desək yanılmarıq. Yəqin ki, AXCP üzvlərinə bu yöntəm çox tanışdır. Guya hər şey bitib, Amerika, Avropa, Rusiya hətta İran razılıq verib ki, Əli Kərimli gəlir hakimiyyətə. Elə bu yaxınlar da yeni “hakimiyyətə gəlmə” vaxtı elan olunub. Əli bəy Mart ayında gəlir hakimiyyətə!

Allah ağıl, fikir versin. Başqa nə deyə bilərik.

Bu illər ərzində Əli Kərimlinin ən çox sevdiyi hadisə həbslər, ən çox sevdiyi fikir isə siyasi məhbuslardır. Çünki, “şaka” hər ikisindən pul qazanır. Yəni həbslər və siyasi məhbuslar Kərimli ailəsinin qazanc mənbəyidir. Bu işdə Əli Kərimliyə hakimiyyətdəki dayaqları kifayət qədər dəstək vermişlər. Beləki, xalqımızın gözəl bir xüsusiyyəti var. Əziləni dəstəkləmək. Zəifin yanında durmaq. Bir anlığa təsəvvür edək. AXCP üzvləri həbs edilmir, Kərimliyə ümumvətəndaş pasportu verilib. Nə dəyişəcək?

Əli Kərimlinin məzlum obrazı yox olur. Daha doğrusu, maskası açılır və əsl kimliyini hər kəs görür. 

– Məhbusların adına aldığı və yığdığı maliyyə olmur.

Bu durum komsomolçu Əli Kərimli üçün intihara bərabərdir. Buna görə də Kərimli dərnək üzvlərini bu və ya digər formada cinayətə yönəldir.

Məsələn, Babək Həsənov, Aqil Məhərrəmli və digərləri niyə həbs olunublar? Cinayət hər kəsə məlumdur. Rusiyadan gizli yollarla Kərimliyə pul daşıyıblar. Nəyin əvəzində? Babək və Aqil cüzi məbləğ alaraq həmçinin Kərimli dərnəyinin yuxarı başında oturmaq üçün bu cinayəti törətmişlər.

Yeri gəlmişkən həmin cinayətdə Ruslan Nəsirlinin də adı keçirdi . Bəs necə oldu Ruslan azadlığa digərləri isə həbsə getdi? Bəlkə, bu sualın cavabını Əli Kərimli və Ruslan Nəsirli versin. Biz yazsaq Ruslan inciyər, Kərimli isə deyər ki, şər- böhtan atırlar. Axı Ruslan Kərimli üçün dəyərdir.

Uzun müddət ölkə mətbuatında siyasi mühacir biznesi haqqında danışıldı. Müsavat partiyasının mühacir biznesi müəyyən qədər açıldı. Amma AXCP-nin siyasi mühacir biznesi haqqında nədənsə danışılmadı və yaxud çox az danışıldı. Yoxsa Kərimli bu bizneslə məşğul olmayıb? Əlbəttə olub. Kərimlinin siyasi mühacir biznesində Qənimət Zahid, Natiq Ədilov, Arif Məmmədov, AND hərəkatı, Nihad Hüseyn və digərləri birgə iştirak ediblər. Hüquq mühafizə orqanları günlərin birində bunları həbs etsə Kərimli utanmadan deyəcək hakimiyyət öz siyasi rəqiblərini həbs edir. Deyirik, necədə utanmaz insandır bu…

Sosiyal mediada da ikiüzlülüyü, xəyanətkarlığı təbliğ edən Kərimli və dərnəyi öz troll dəstəsi ilə məhşurdur. Siyasi rəqiblərini, müxalif partiya funksionerlərini təhqir edən Əli Kərimli və trolları bu işdən xüsusi zövq alırlar. Bir növ ruhi xəstələr kimi.

“KAİNAT” Analitik İnformasiya Mərkəzi (KAİM.az)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir