Top.Mail.Ru
bannerKRİM - XRONİKA

SON DƏQİQƏ! Azərbaycanda yarım milyon manat mənimsəyən xəzinədar HƏBS EDİLDİ

“Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı Sadıqzadə Cəfər Ceyhun oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

KAİM.az Lənkəran rayon prokurorluğundan APA-ya verilən məlumata istinadən xəbər verir ki, araşdırmalarla Cəfər Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilmiş kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Saytların yığılması Saytların yığılması

Qeyd edilən faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bu il aprelin 20-də Cəfər Sadıqzadə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir