Top.Mail.Ru
CƏMİYYƏT

2 fevral-Gənclər, BAYRAMINIZ MÜBARƏK!

Xalqın xoşbəxt gələcəyə olan ümidləri və bu ümidlərin fonunda taleyinin necə olacağı gənc nəsillə bağlıdır.

Sağlam düşüncəli, savadlı və bacarıqlı nəslin yetişdirilməsi hər bir dövlət üçün önəmlidir. Xalqın və dövlətin müqəddəratı bugünün gənclərindən asılıdır. Çünki, həmin gənclər illər sonra gündəm problemlərini həll edən bir məmur, dövlətimizi xaricdə təmsil edən nüfuzlu şəxs, maariflənmə prosesinin önəmli aparıcısı, dövlət və millət naminə hansısa vacib qərarı qəbul edən bir siyasətçi və s. ola bilər.

Saytların yığılması Saytların yığılması

Millətin gələcəyinin, inkişafının təməl daşı olan gənclərimiz öz qəhrəmanlıqları və mərdlikləri ilə Ümummilli Liderimizin və ölkə Prezidentinin etimadını layiqincə doğrultmağa, üzərlərinə düşən missiyanı yerinə yetirməyə qadir olduqlarını təsdiq etdilər. Vətənpərvərlik coşğusunun qəlblərində alov-alov yandığını göstərərək, yetkin və yaşlı nəsli qürurlandırdılar. Azyaşlı fərdlərə isə layiqli örnək nümunəsi bəxş etdilər.

Əziz gənclər! 2 fevral “Gənclər günü” münasibətilə Sizi ürəkdən təbrik edirəm, vətənimizin bu günü və gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Ruhiyyə Hüseynova,

MDU- nun baş müəllimi, i.f.d

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir