Top.Mail.Ru
CƏMİYYƏT

” Ana, mən şəhid oldum ” – ŞƏHİD MƏMMƏDAĞA SƏFƏROV

Məmmədağa Balakişi oğlu Səfərov. 1997-ci il 10 mayda Bakı şəhərində anadan olub.

Bəzən dünyaya gələn uşaqlar kiçik yaşlarında nadinc, böyüyəndə isə tamamilə fərqli olurlar və ya əksinə. Məmmədağa dünyaya göz açandan sakit, üzügülər, utancaq uşaq idi. Böyüdükcə onun bu xüsusiyyətləri daha da yüksək keyfiyyətləri özündə ehtiva etdi.

Saytların yığılması Saytların yığılması

Məmmədağa çox qeyri-adi uşaq idi. Elə ona görə də 6 nəvəsi olan nənə ancaq Mamedə (ailədə onu belə çağırırdılar) “Sən mənim Yusif Peyğəmbərimsən” deyirdi. Ailədə, qohum-əqrəbada Mamedi sevməyən yox idi, dostlarının ona münasibəti də çox xoş idi. Bu sevgini Mamed öz tərbiyəsi, davranışı, valideynlərinə olan çox gözəl mübasibəti, oturuşu-duruşu və s. ilə qazanmışdı.

Məmmədağa öz təhsilini 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində ali təhsil alır. Anası deyir ki,Türkiyədə oxuduğu müddətdə telefonla danışarkən mənimçün “Ana, mən şəhid oldum” mahnısını oxuyardı. Kim bilir, həmin anda bu balamızın ürəyindən nələr keçirdi?!

Təhsilin son pilləsində Məmmədağa evdəkilərə təhsilini dondurub gəldiyini və hərbi xidmətini bitirdikdən sonra davam edəcəyini deyir. Valideynləri də razılaşır.

       

2019-cu il oktyabr ayının 8-də əsgəri xidmətə – Qusar rayonuna yollanır. Sonra isə Ağcabədi,Cəbrayıl ,Füzuli rayonlarının alınmasında iştirak edir. Məmmədağa çox cüssəli uşaq deyildi amma bu kiçik cüssəli bədəndə nə qədər Vətən sevgisi,nə qədər böyük ürək var imiş. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə Məmmədağa düşmən gülləsinə tuş gəlir və ən uca zirvə – şəhidlik zirvəsinə yüksəlir.

Məmmədağa bir ölkənin-Azərbaycanın deyil,eyni zamanda Türkiyənin də şəhid balasıdır. Belə oğullarımızla fəxr edirik. Valideynləri qarşısında baş əyirik. Allah rəhmət eləsin.

KAİM.Az

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir