Top.Mail.Ru
bannerCƏMİYYƏT

Koronavirusdan dəhşətli bu bəla gəlir, yüzmilyonlarla insan öləcək – PROFESSORDAN ŞOK AÇIQLAMA

Koronavirus pandemiyasından sonra dünya fərqli olacaq. Əvvəlcə bəşəriyyət içməli su qıtlığı ilə üzləşəcək. Daha sonra isə  səfalət, açlıq, etiraz dalğaları avropanı bürüyəcək. 

KAİM.az-ın xəbərinə görə bu barədə,  rusiyalı professor, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Aleksandr Tixanskinin açıqlaması olub.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, koronavirus əslində dünyaya dövlətlərin imkanlarını göstərdi, amma bundan da böyük bəlalar olacaq.

Sivilizasiyamız Ümümdünya Tənzimləmə İnstitutunun (Dünya Hökuməti) yaradılması üçün bəzi ciddi addımlar atmalı olacağını da Tixanski açıqlamasında bildirib:

““Koronavirus AB-də səhiyyə institutlarının olmadığını üzə çıxdı. Bu o deməkdir ki, Avropa Birliyinin səlahiyyətlərinə tibb aid deyil. Avropanın bütün səhiyyə sistemi milli səviyyədə qurulub. Məlum oldu ki, Avropada tibbi sığorta ölkələri bu problemdən qorumağa qadir deyil.

Bu “Dünya hökuməti” planetin bəzi qlobal problemlərini həll etməli olacaq. Pandemiyadan sonra bəşəriyyət içməli su, sonra qida qıtlığı ilə üz-üzə qalacaq. Hər şey Afrika qitəsindən başlayacaq. Təsəvvür edin, onmilyonlarla insan içməli su çatışmazlığından öləcəkdir. Su böhranı ərzaq qıtlığına səbəb olacaq. Ac adam isə azad ola bilməz, onu bir çörək və ya bir qurtum suya almaq olar. Bu isə bəşəriyyətin quldarlıq quruluşuna qayıtması deməkdir. Məhz bu səbəbdən bu tip qlobal proseslər bir institut tərəfindən həll olunmalıdır”.

O bildirib ki, pandemiyadan sonra ölkələr seçim etmək məcburiyyətində qalacaqlar – ya milli maraqları ilə idarə olunmalı və ya yenidən qlobal birliklərə qoşulmalı…

Professor onuda bildirib ki,  nə virusun, nə də iqtisadi böhranın öhdəsindən gələ bilməyən Qərb ölkələrini səfalət, böyük etirazların güclü dalğası və çox sayda insan tələfatları gözləyir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir