Top.Mail.Ru
CƏMİYYƏT

Səhiyyəmizin qızıl kadrlarından biri – BƏXTİYAR ƏLİYEV

Yol qəzalarının ağır fəsadları, ehtiyatsızlıq ucbatından baş verən məişət hadisələri, sağlamlığa məsuliyyətsiz yanaşan bir çox şəxsin problemi və digər belə nümunələr azmış kimi, 21-ci əsrin qlobal pandemiyasının yükü də səhiyyənin üzərindədir.

Dediyimiz faktlar tələb edir ki, həmin ixtisas üzrə çalışan şəxslər tam vicdan və mənəviyyatla vəzifələrini yerinə yetirsin və sözün əsl mənasında, bəşəriyyəti xilas etsin. Elə bu anda rüşvətlə nəfəs alan, insan sağlamlığını pul ilə satan bəzi həkimlər gözümüzün önünə gəlir və qəlbimizi dərin narahatlıq hissi bürüyür.

Saytların yığılması Saytların yığılması

Yaxşı ki, bu nigaranlıq alovuna su səpən həkimlərimizdə az deyil.

Sumqayıt Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasının Tramvatologiya şöbəsinin həkimi Bəxtiyar Əliyev həmin həkimlərdən biridir. Qayğıkeş, vicdanlı, mərhəmətli və bacarıqlı həkim bu vaxda kimi, bir çox xəstənin sağlamlığına qovuşmasına nail olmuşdur. Pasientlərin canını öz canı kimi düşünən, savadlı və təcrübəli Bəxtiyar Əliyev ağır şərtlər altında olsa belə işini tam məsuliyyətlə görür. Hətta, tətil və məzuniyyət günlərini belə xəstələrindən qıraqda keçirmək istəmir. Pasientin sağlamlıq vəziyyətini hər şeydən üstün tutmağı, son ana qədər hər cür tədbirlərin görülməsini öz vəzifə borcu kimi dərk edir və yerinə yetirir.

O, gənc həkim olmasına baxmayaraq, illərin təcrübəsini məharətlə danışdırır. 2012-2017-ci illərdə Az ETTO inistutunda rezidentura təhsili alması onun effektiv fəaliyyətində önəmli rol oynayır. 2017-ci ildən etibarən Sumqayıt şəhəri Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasında çalışır. Əllərindən şəfa tapan xəstələridə Bəxtiyar həkimin tərifini yerə-göyə sığdırmır. Rüşvəti öz qüruruna və peşəsinə ləkə gətirən bir hal kimi dəyərləndirən həkim müasir səhiyyəmizin qızıl kadrlarından biridir.

Bəxtiyar həkimə önəmli və müqəddəs peşəsində uğurlar arzu edirik.

Kənan BAHADUROĞLU

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir