DİNİ XRONİKA

Əxlaqi keyfiyyətlərə yiyələnmək üçün 4 üsul

Əxlaqi fəzilətlər – o mühüm mövzulardandır ki, hər bir zamanda əhəmiyyətə malik olmuşdur. Hər bir kamala çatmaq istəyən insan istəyir ki, əxlaqi fəzilətlərə bürünsün və rəzil sifətlərdən uzaq olsun. Bəs bunun üçün nə etməli?

1. Ayıqlıq. Hər kim əxlaqi fəzilət əldə etmək istəyirsə, ilk növbədə qəflətdən ayılmalıdır. Qurani-Kərim qəflətdə olan insanları məzəmmət etmiş və “qafillər” adlandırmışdır.

“Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq.

Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər.

Onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar.

Və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.

Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).

2. Elm və iman əldə etmək üçün səy göstərmək. O zaman ki, insan qəflətdən ayılar – onun üçün suallar meydana gələr. Bu suallara cavab tapmaq üçün insan elm ardınca olar. Elmini artıraraq, imanını da gücləndirmiş olar. Elm olmadan iman naqis qalar. Ona görə də elm – imanın şərtidir.

3. Ağıldan və dindən yardım almaq. O zaman ki, insan bu mərhələyə çatar – əməl həyata keçər. İnsan əməl mərhələsində dindən və ağıldan yardım alaraq, nəyin yaxşı və nəyin pis olmasını bir-birindən ayıra bilər. Bu sahədə o şeyi ki, ağıl dərk edir – ona əməl edər, o yerdə ki, ağıl gücsüz qalır – dindən yardım alar.

4. Nəfsi islah etmək. Hər bir insanın öhdəsindədir ki, öz nəfsini islah etsin və hidayət olsun. Başqalarının zəlilliyi onu büdrətməsin. İnsan əməllərinə diqqət etməli və özünü hesaba çəkməlidir. Ancaq bu halda fəzilətli sifətlərə yiyələnə bilər və rəzil sifətlərdən uzaq olar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button