Top.Mail.Ru
bannerGÜNDƏM

“Əli Nağıyev Qarabağda savaşmış Vətən oğlu kimi DTX-ni qürurverici hala gətirdi”

“Bu gün Böyük Vətən Müharibəsi başlayandan bu günə ayrı-ayrı dövlət strukturlarının yol verdiyi nöqsanları sistemləşdirmək istəyəndə çox maraqlı bir hal ilə rastlaşdım. Əlbəttə ayrı-ayrı dövlət strukturlarının fəaliyyəti ilə bağlı birində az, birində çox əsaslı şikayətlər var və bunlar hamısı müharibədən sonrakı dövr araşdırılmalı və müvafiq tədbirlər görülməlidir”. 

Bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

Saytların yığılması Saytların yığılması

Daha sonra o qeyd edib: “Yeganə dövlət strukturu ki, hansından şikayət yox idi, Dövlət Təhlükəsizlik Xidməti oldu. Əksinə, çoxlu sayda razılıq, təşəkkür halları var. Bu, mənim üçün çox önəmli hal oldu, ona görə ki, dövlətimiz üçün çox vacib olan bu struktur uzun müddət çox yararsız, bəzən isə çox ziyanlı fəaliyyət göstərdi. Buna görə buradan bütün DTX əməkdaşlarına təşəkkür edirəm. Xüsusilə, xidmətin rəisi Əli Nağıyevə təşəkkür edirəm ki, əvvəllər Qarabağ müharibəsində savaşmış bir Vətən oğlu kimi qısa müddət ərzində bu strukturu belə qürurverici hala gətirdi.

Uca Allah Əsgər, Zabitlərimizi, Ali Baş Komandanı və gördükləri şərəfli işlərində onlara kömək olan hamını qorusun! Qarabağ Azərbaycandır!”.
Demokrat.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir