Top.Mail.Ru
MANŞET

Ölkəni sarsıdan DƏHŞƏTLİ HADİSƏ: Tələbə 14 nəfər ailə üzvünü bıçaqla qətlə yetirdi

Kanadanın paytaxtı Ottavada naməlum şəxs bıçaqla 14 nəfəri öldürüb.

KAİM.az Lent.az-a istinadla bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 19 yaşlı şri-lankalı tələbə saxlanılıb. Polis onun həmyerliləri olan mərhumların ailəsini tanıdığını güman edir.

Saytların yığılması Saytların yığılması

Kanadanın baş naziri Castin Trüdo başsağlığı verib və amansız qətl xəbərinin onu şok vəziyyətinə saldığını bildirib. O, bu cinayətin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyib.

Kanada paytaxtının meri bildirib ki, bu, şəhərin tarixində ən dəhşətli qətllərdən biridir.

Bənzər yazılar