Top.Mail.Ru
MÜSAHİBƏ

Qohum evliliyi hansı xəstəliklərə yol açır? – Pediatr Aytən Mürsəliyeva ilə MÜSAHİBƏ

Azərbaycanda qohum evliliyi xüsusən də yaxın qohum  evlilikləri kifayət qədər çoxdur. Əsasən kəndlərdə rayonlarda dayı uşağı, xala uşağı, əmi uşağı yaxın qan qohumluğu evliliklərinə rast gəlinir. Cütlüklər ilk zamanlarda bunun fərqində olmasalarda sonradan yaranan irsi xəstəliklərlə ailədə problem yaranır. Xəstə uşağın doğulması ailədə böyük  problemlər yaradır, bu problemlər də qadınların üzərinə böyük yük düşür. Xəstə uşaq dünyaya gətirdiyinə görə təzyiqlərə məruz qalan qadınlar, uşaqların tək böyütmək məcburiyyətində qalırlar.

Qohum evliliklərinin yaratdığı xəstəliklərlə  bağlı KAİM.az müsahibə verən Ə.F Qarayev adına 2 nömrəli Kliniki uşaq xəstəxanasının Somatik xəstəliklər şöbəsinin  pediatrı Dr.Aytən Mürsəliyeva suallarımızı cavablandırıb.

Saytların yığılması Saytların yığılması

Qohum evliliyi hansı fəsadlara səbəb olur?

Azərbaycan mentalitetində qohum evliliyinə çox üstünlük verilir. Bəzən sevdikləri üçün bəzən də mirası, soyu kökü davam etdirmək məqsədi ilə bu addım atılır. Ancaq valideynlər bunun sonrakı fəsadları haqqında fikirləşmir. Gələcəkdə yaranacaq xəstəlikləri ,baş verəcək problemləri görməzdən gəlirlər. Cəmiyyətimizdə ailələrin dağılması səbəblərindən biri də əqli və fiziki qüsurlu uşaqların doğulmasıdır. Qohum evliliklərində bu risk daha çoxdur.  Biz təcrübəmizdə bu hallarla tez-tez qarşılaşırıq. Xəstə uşaq dünyaya gətirdiyi üçün qadınlar günahkar kimi göstərilir.

Ailədə sağlam uşağın doğulması sərvətdir,  böyük xoşbəxtlikdir. Cütlüklər ailə qurarkən bu məsələyə ciddi önəm verməlidirlər.

Qohum evliliklərinin yaratdığı xəstəliklər hansılardır?

Qohum evliliyindən yaranan ən çox rast gəlinən irsi xəstəlik talassemiya qan xəstəliyidir. Talassemiya çox ağır fonda keçən  xəstəlikdir. Yaxın evliliklərlə doğulan uşaqlar talassemiya xəstəsi və ya daşıyıcı kimi doğula bilər. Xəstəliyin birinci dərəcəli ən ağır forması alfa talassemiyadır. Sağlam ata və anadan doğulan uşaqlar da daşıyıcı hesab edilir. Daşıyıcılar sağlam olsalar da xəstə genlər sonrakı nəsillərə ötürülə bilir.

Qan xəstəliyindən sonra ikinci yerdə ferment , qlükoza-6-fosfatdehidrogen çatışmazlığı regionlarda daha çox görülən qohum evliliyinin fəsadları siyahısındadır. Bu cür doğulan uşaqlar istədikləri kimi normal qidalana bilmirlər.

Üçüncü yerdə maddələr mübadiləsinin pozulması dayanır.  Nəticədə digər xəstəliklər yaranır.  Selyakiya xəstəliyi qlütenə həssaslıq, qaraciyər, mərkəzi sinir sistem xəstəlikləri genetik yolla qazanılan xəstəliklərdəndir.

Qeyd etmək istəyirəm ki, viruslarda irsi xəstəliklər sırasındadır. Hazırda dünyada və ölkəmizdə artan koronavirusun  toksinləri genlərdə olacaqdır. Gələcəkdə hansı irsi xəstəliklərin meydana çıxacağı məlum deyil. Bu cür toksinlər  DNT zəncirini qıraraq mutasiya törədirlər və nəticədə mutasiyalar irsi xəstəliklərə səbəb olur. Yaxın qan qohum qohumluğu olan ailələrdə daha çox bu cür hallar müşahidə edilir. Əhali arasında daha çox dominant tipli irsi xəstəliklər şəkərli diabet bronxial astma , allergiya xəstəlikləri görülür. Dominant şəkildə ötürülən xəstəliklərin bəzi xüsusiyyətləri vardır. Qadınlar və kişilər eyni dərəcədə xəstələnirlər, patoloji əlamətlər hər iki valideyndən ötürülür, uşağın xəstə doğulma riski 50 faizdir, hər nəsildə təsadüf olunur.

Ən yaxın qohumlar arasında lallıq, karlıq riskidə çox yüksəkdir. Qohum valideynlərin hər ikisi sağlam olsalar da patoloji əlamətlərin daşıyıcıdırlar.

Genetik xəstəliklər sırasında daun sindromlu uşaqların doğuşu Azərbaycanda yetəri qədər çoxluq təşkil edir. Bu uşaqlarda psixi pozğunluq , nəsil törətmə qabiliyyətinin olmaması, onların ömrünün qısa olması kimi xüsusiyyətlərlə səciyyələnir.

Anadangəlmə ürək qüsurları, dördbarmaqlıq, gözün qüzehli qişasında ləkənin olması qohum evliliklərinin yaratdığı problemlər, əmələ gətirdiyi fəsadlar sırasındadır.

Qohum evliliklərinin yaratdığı təhlükələrin qarşısını necə almaq olar?

Mənim fikrimcə evliliyə  hazırlaşan cütlüklər sağlam övlada sahib olmaq üçün bütün müayinələrdən keçməlidir. Əgər ailədə əvvəllər sonsuzluq olubsa fiziki və əqli geriliyə sahib uşaqlar doğulubsa cırtdan boyluluq təkrarlanmış irsi xəstəlik varsa mütləq genetik analizdən keçmək lazımdır. Evlilikdən sonra hamiləlik zamanın da genetik testlərin verilməsi məsləhətdir.

Avropa ölkələrində yaxın qohum evliliyinə üstünlük verilmir, bu daha çox Asiya ölkələrində görülən haldır. Azərbaycanda qohum evliliyinə qadağa yoxdur. Ancaq qohum evliliyinidən yaranan müəyyən xəstəliklərin qarşısını almaq üçün cərrahi əməliyyatlar həyata keçirilir.

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir