Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan parlamenti bu gün ölkənin Aİ üzvlüyünə namizədlik üçün müraciət məsələsini müzakirə edəcək

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla parlamentdə qapalı görüş keçirəcəklər.

Trend xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Nəşr yazır ki, deputatlar Qriqoryanla Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədlik məsələsini müzakirə edəcəklər.

Qeyd olunub ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası artıq Avropayönümlü xarici siyasi kurs götürüb. Bundan başqa, Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin Aİ-yə üzvlüyə namizədliyə hazır olduğunu bildirib. Yalnız Aİ-nin Ermənistanı qəbul etməsi qalır.

 

“Heç kim üçün sirr deyil ki, Armen Qriqoryan bu sahədə ən qərbyönümlü xadimlərdən biridir və daima Ermənistan-Rusiya münasibətləri haqqında kəskin açıqlamalar verib”, – deyə nəşr yazıb.

Həmçinin, qeyd olunub ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri yaxın zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da parlamentdə görüş keçirəcəklər.

Bənzər yazılar