Top.Mail.Ru
bannerSİYASƏT

Dünya dağıdıcı müharibə astanasında – Rusiya – NATO arasında hərbi qarşıdurma

“Rusiyanın bu yaxınlarda həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlər nə terrorla mübarizə, nə də müdafiə yönümlü idi. Bu Avropada NATO-ya qarşı tam ölçülü ənənəvi müharibə üçün “quru məşq” idi”.

 

KAİM.az  xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

Saytların yığılması Saytların yığılması

“Bild”in istinad etdiyi mənbələr düşünür ki, Belarusun və Baltik dövlətlərinin “ələ keçirmə” təqlidi Almaniya və Niderland kimi NATO-nun qərbi Avropadakı üzvləri, Polşa, Norveç və qeyri-üzv dövlətlər İsveç, Finlandiyaya qarşı şok kampaniya idi.

Məlumatda bildirilir ki, Kremlin qüvvələri NATO-nun “Rusiyaya görə həssas regionu” olan 3 Baltik dövlətinin “ələ keçirməsi” üzrə məşqlərini həyata keçirib. Bunu həyata keçirmək istəyirsinizsə, siz cəld bir şəkildə Litvadan NATO və Polşa dəstəyini kəsmək üçün “Suvalki” keçid əməliyyatını həyata keçirməlisiniz. “Bild”in iddiasına görə, Belarusiya ərazisində həyata keçirilən təlimlər zamanı Polşa ilə Litva arasındakı 40 kilometrlik quru körpünün koordinatları üzərində süni “Veyşnoriya” dövləti yaradan Rusiya elə bunu edirdi.

Eyni zamanda hava məkanının və limanların nəzarətinin ələ keçirilməsi məşqlərini həyata keçirən Rusiya bununla da NATO dövlətlərindən gələ biləcək dəstəyin qarşısını tamamilə kəşmiş olur.

Mənbə xüsusilə vurğulayır ki, fövqəladə hal zamanı ilk bir neçə gün, bu sadəcə bir hərbi əməliyyat olacaq.

“Bu o demək deyil ki, siz dövlətləri işğal etməli və “Xalqların Respublikası”nı elan etməlisiniz. Sadəcə aeroportları, limanları və digər strateji məntəqələri tutmağınız kifayyətdir”, – deyə xəbərdə qeyd olunur.

Mənbələr Rusiya hərbi hava qüvvələri strateji aviasiyası, uzaq mənzilli aviasiyasının iki günlük təlimlərdə iştirak etdiyini və Baltik dənizi ilə Şimal dənizi üzərində simulyasiya uçuşları həyata keçirdiyini də iddia edib. Onlar qərbi Avropadakı hədəflərin bombalanması, Şimal dənizindən Almaniya və Hollandiyaya, Baltik dənizindən isə İsveç, Finlandiya və Polşaya yan alma məşqləri ediblər. Təlimlərdə Tu-95 strateji bombardmançılar, qırıcı təyyarələr və ehtiyat yanacaq təyyarələri iştirak ediblər.

“Bu bombardmançılar raket və qanadlı raketlərin atılmasını məşq edib. Onlar NATO sahillərinə çatmadan öz bazalarına geri dönüblər. Real döyüş şəraitində isə onların hədəfləri kritik infrastruktur obyektləri, aeroportlar, limanlar, enerji təchizat obyektləri və s. olacaq. Bununla da həmin ölkələrin şok halına salınmış əhalisi öz hökumətlərindən müharibəyə qarışmamağı və sülhə razılaşmağı tələb edəcəklər”, – deyə mənbələr əlavə edib.

Müharibə zamanı Rusiyanın fəaliyyətlərinin başqa bir əsas məqsədi NATO qoşunlarının hərbi əməliyyatlara başlamasına və Rusiyanın Baltik regionundakı nailiyyətlərinin qarşısının alınmasına mane olmaqdır. Baltik və Şimal dənizlərindəki Almaniya bazaları əsas hədəf olacaq. Baxmayaraq ki, Tu-95-lərin dəqiq olaraq alman, yoxsa holland bazalarının hədəf alacağı göstərilməsə də, mənbə xüsusilə vurğulayır ki, bu təlimlər sentyabrdakı məşqlərin bir hissəsi olub.

“Əlbəttə müharibə dövründə rus bombardmançıları şərqdən yaxınlaşacaq, amma sülh zamanı bunun Norveç sahillərindən həyata keçirilməsi daha məntiqli olar. Rusiya və onun potensial hədəfləri Belarus və Ukrayna arasındakı hava fəzasına görə şərqdən hücum məşqləri həyata keçirə bilməyib.

Bu riskli manervlər Rusiyanın qərbin nəzarət etdiyi hava fəzasına dərin zərbə hücumları planlaşdırdığını göstərə bilər. Bu, Şərqi Avropadakı raketdən müdafiə sistemlərinin üzv ölkələri olan Norveç, Danimarka, Britaniya və Almaniyadakılardan daha hazırlıqlı olduğu NATO üçün sürpriz element olar.

NATO-nun Estoniya, Latviya və Litvaya qarşı geniş miqyaslı quru əməliyyatları imkanlarını iflic vəziyyətinə salmaq üçün təlimlər zamanı Baltik dənizində sualtı qayıqlar əleyhinə və havadan müdafiə məşqləri də keçirilib.

Qərb kəşfiyyatı bildirir ki, NATO-ya qarşı müharibə şəraitində İsveç və Finlandiya hücum altında qalacaq. Sentyabrda bu hücumların da simulyasiyası edilib.

Biz bilirik ki, NATO ilə müharibə zamanı Rusiya İsveç və Finlandiyanın NATO-nun üzvü olmalarına baxmayaraq, onların neytral qalmasını gözləməyəcək. Stokholm və Helsinki öz hava fəzalarını NATO təyyarələrinə açmalıdır”, – deyə mənbə qeyd edir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir