Top.Mail.Ru
SİYASƏT

Rusiyanın Krım həmləsinə ABŞ-dan “raket sürprizi” – SİYASİ MESAJ

Ötən həftə ABŞ Quru qoşunları Rumıniyaya iki HIMARS uzunmənzilli çoxsaylı raket sistemi yerləşdirib, bir neçə saatdan sonra bu qurğuları sökərək tələsik Almaniyadakı bazasına aparıb.

Məlumatı “Forbes” nəşri yayıb.

Saytların yığılması Saytların yığılması

Nəşrin fikrincə, bu qısamüddətli hərbi dislokasiya əslində manevr niyyətilə həyata keçirilib. Məqsəd Rusiyanın Krım sürprizinə necə cavab verəcəklərini Kremlə göstərmək olub.

Məqalə müəllifinə görə, bu “təlim” Avropadakı Amerika ordusu üçün əhəmiyyətli bir dönüş nöqtəsidir, çünki 2006-cı ildən bəri Pentaqonun “köhnə qitədə” belə bir hava hücumundan müdafiə sistemi yox idi. ABŞ bu bir neçə saatlıq manevriylə Rusiyaya “artıq Avropadayıq və lazım olacağı anda hava hücumundan müdafiə sistemlərimizi rus ordusuna ən yaxın ərazilərə daşıya bilərik” mesajı vermək istəyib.

Məqalədə o da vurğulanıb ki, HIMARS sistemi C-130 təyyarəsilə nəql edilə bilir. Nəhəngliyinə görə “Herkules” adlandırılan bu hava vasitəsi ABŞ-ın ən böyük hərbi nəqliyyat təyyarəsidir.

ABŞ-la Rumıniya arasında 2017-ci ildə bağlanan müqaviləyə əsasən, Vaşinqton bu ölkəyə 5 il ərzində HIMARS (“High Mobility Artillery Rocket Systems”) raket sistemləri və ATACMS raketlərinin satmaq öhdəliyi götürmüşdü. Dəyəri 1,25 milyard ABŞ dolları olan bu sistemlərin 2022-ci ilədək Rumıniyaya təhvil verilməsi nəzərdə tutulur.

Həmçinin 15 zirehli və 15 zirehsiz M1151A1 HMMWV avtomobili, 54 M1095 MTV qoşqusu və 10 M1089A1P2 FMTV “Wrecker” sistemə raket yükləyən maşın, həmçinin 24 AFATDS idarəetmə sistemi daxildir. Bundan başqa Rumıniya Ordusu 54 ədəd monoblok ATACMS M57 “Unitary” operativ-taktiki raket və 30 ədəd LCRR praktiki raket ilə təmin ediləcək.

HIMARS Amerikanın təkərli çoxsaylı raket sistemidir. Beş tonluq silah sistemi 6 MLRS roketi və ya bir ATACMS taktiki raket daşıyır.

Rumıniya Müdafiə Nazirliyi 3 il əvvəl 11,6 milyard ABŞ dolları təşkil edən satınalma proqramının üç əsas prioritetindən birinin HIMARS raket sistemlərinin alınması olduğunu açıqlayıb. Hərbi büdcədə ABŞ-dan 36 ədəd F-16 döyüş təyyarələr və 7 ədəd “Patriot” zenit raket kompleksinin (ZRK) alınması nəzərdə tutulurdu.

HIMARS-ın Rumıniyaya təhvil verilməsilə ölkə Sinqapur, İordaniya, BƏƏ və Qətərdən sonra bu sistemin beşinci xarici istismarçısı olacaq.

ABŞ-ın bir neçə saatlıq güc nümayişinin zamanlaması da maraqlıdır. Məlum olduğu kimi, Rusiyanın bütün israrlı bəyanatlarına rəğmən, Vaşinqton START Müqaviləsindən çəkilmiş, bununla da nüvə arsenalını artıracağı mesajl vermişdi.

Rusiya ilə ABŞ arasında sonuncu – 3-cü START müqaviləsi 5 fevral 2011-ci ildə qüvvəyə minib. Müqavilədə tərəflərin nüvə arsenallarını yeddi ildə ixtisara salmağı və gələcəkdə ümumi silah sayının 700 qitələrarası ballistik raketləri, sualtı və ağır bombardmançı təyyarələrdəki ballistik raketləri, habelə 1550 döyüş başlığını və 800 yerləşdirilmiş və yerləşdirilməyən raketləri keçməyəcəyi şərti irəli sürülürdu.

16 oktyabrda Rusiya Prezidenti Vladimir Putin “bütün parametrlər üzrə mənalı danışıqlar apara bilmək üçün mövcud müqavilənin heç bir şərt olmadan ən azı bir il uzadılmasını” təklif etmişdi. ABŞ isə əlavə şərtlər olmadan müqavilənin müddətini uzatmayacağını bildirmişdi. Rusiya tərəfindən qəbul edilməyən əsas şərtə əsasən, Moskva nüvə arsenalının dondurulmasına dair dəlillər ortaya qoymalıdır. ABŞ-ın bu şərtindən sonra Rusiya Xarici İşlər Nazirliyi qarşı tərəfin START-3 müddətini uzatmağa hazır olmadığını bildirmişdi. Beləcə tərəflər arasında nüvə silahlarının ixtisarını nəzərdə tutan saziş qüvvədən düşmüşdü.

Moldovada son prezident seçkilərini qazanan Qərb yönümlü namizəd Mayya Sandunun rəhbərliyi ələ almasından dərhal sonra Rumıniyada HIMARS müdafiə sisteminin peyda olması da təsadüfə bənzəmir. Mayya Sandu hakimiyyətə gələr-gəlməz rus ordusunun Dnestryanı bölgədən çıxmasını tələb etmiş və separatçı quruma heç bir muxtar hüquq verilməyəcəyini açıqlamışdı. Mütəxəssislərin fikrincə, bu çıxış Dnestryanı məsələni açıq-aşkar hərbi yolla çözmək təhdidi deməkdir. Moldovanın regionda əsas himayədarı isə Rumıniyadır və Moskvanın Dnestryanı bölgəyə hərbi müdaxiləsinin yalnız iki mümkün yolu var: Ukrayna və ya Rumıniya üzərindən. Ukraynada ABŞ hərbi qüvvələri artıq yerləşdiyindən geriyə zəif həlqə kimi Rumıniya qalır. Deməli, Rumıniya cəbhəsi də əlavə qüvvələrlə gücləndirilməli və gözlənilməz sürprizlərın ortaya çıxmasının qarşısı alınmalıdır.

Rumıniya həm də Qara dənizdə Ukraynanın ən yaxın qonşusudur və bu ölkənin sahilləri Krıma açılır. Krımın müdafiəsində isə bütün Qara dəniz ölkələrinin güclərini birləşdirməyə çalışdıqlarl hiss olunur.

Ağaliyev Kənan

KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir