Top.Mail.Ru
Uncategorized

Lotu Qulinin killerləri belə yaxalandı: Rusiyada müharibə başladı

Lotu Qulinin killerləri belə yaxalandı: Rusiyada müharibə başladı - FOTO/VİDEORusiya Daxili İşlər Nazirliyi Moskvanın Novoyasenevski prospektində yerləşən otellərdən birində adamöldürməyə cəhd və qanunsuz silah saxlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının yaxalandığı anın görüntülərini dərc edib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, söhbət 2019-cu il yanvarın 28-də kriminal avtoritet Taleh Əliyevə sui-qəsd edən killerlərdən gedir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 23 yaşlı kişi və onun 39 yaşlı cinayət yoldaşı Azərbaycan vətəndaşlarıdır.

Xatırladaq, ötən ayın 28-də 39 yaşlı yerli sakinə hücum olub. Kişini yaşayış evinin həyətində güllələyiblər. O, ağır yaralı halda xəstəxanaya yerləşdirilib. İstintaqın məlumatına görə, məşhur azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) nümayəndəsi sui-qəsdin sifarişçisidir. Beləliklə, o, bazar biznesi üzərində nəzarət uğrunda mübarizə aparırdı.

Bu fakt üzrə cinayət işi qaldırılmış və cinayətkarların şəxsiyyəti müəyyən edilmişdi.

Sui-qəsdin yeni təfərrüatları” Mash” Teleqram-kanalına məlum olub. Məlumata görə, Lotu Qulinin Rusiyadakı inanılmış adamı Vasif Dünyamalıyev Xantı-Mansiysk muxtar vilayətinə gələrək yerli bazarlara nəzarət üçün razılaşma əldə etmək istəyib. Lakin o, avtoritet Taleh Əliyevdən rədd cavabı alıb. Bundan sonra tərəflər arasında gərginlik yaranıb.
[media=https://m.youtube.com/watch?v=MLj0-vCID7A&time_continue=1]

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button