Top.Mail.Ru
bannerKRİM - XRONİKA

Bakıda üstündə avtomat gəzdirən şəxsin kimliyi bilindi – FOTO

 Nəsimi rayonunda üzərində “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.

Kaim.AZ xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərlərində və yaşayış sahələrində odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Sonuncu bele tədbir Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb. Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saytların yığılması Saytların yığılması


Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir