Top.Mail.Ru
ARAŞDIRMAbanner

Generalın Neft daşlarına hücum planı, Xəzər dənizini “Mazandaran gölü”, “İranın şimal torpaqları” – Tehranın yeni ərazi iddiası

İranın Azərbaycanı bir dövlət kimi tanımaması, fürsət düşdüyü zaman  ölkəmizə qarşı yüz cür oyun quran fars rejimi siyasətçiləri  yeni iyrənc oyunlr qurub, təxribatlar həyta keçirməkdədir.

Beləki,  Baş nazirinin müavinı Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Tehranda İran prezident aparatının rəhbəri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlıq barədə danışıqlar apararmaq üçün iki dövlət arasında rəsmi görüş olub. Amma nədənsə dövlət səviyyəli görüşdə Azərbaycanın dövlət bayrağı salonda olmayıb. Həmçinin İran tərəfinin həmin görüşə barmaqarası baxdığıda  fars mətbuatıda mənasız adlandırılaraq, Ermənistan – İran əlaqələrinə  geniş yer ayrılıb. Buda onların bir millət, iki dövlət olmasına əyani sübutdur.

Saytların yığılması Saytların yığılması

Deyə bilərik ki,  bu İranın ölkəmizə qarşı ilk təxribatı və hörmətsizliyi deyil. Bundan əvvəl də bayraq insidenti, Xəzər dənizini “Mazandaran gölü” adlandırmaq,  Azərbaycanı “İranın şimal torpaqları” kimi qələmə vermək  kimi iddiaları bir daha fars rejiminin ölkəmizə qarşı iyrənc oyunlarını və təxribatlarını ortaya qoyur.

Onuda deyə bilərik ki, İranın hər vəclə araya nifaq salmaq üçün etdiyi siyasi gedişlər, Türkiyə prezidenti Ərdoğanın Zəfər paradında söylədiyi məlum şeirinə qarşı notalar molla rejiminin  nə qədər ədalətsiz və minsifətli bir dövlət olduğunu sübut etdi.

İran müstəqilliyimizi həzm edə bilməyən bir rekim ölkədir. Əminəm ki, Türkiyə və qərb ölkələrinin basqısından çəkinməsəydi, İran heç bizi müstəqil dövlət olmağımıza imkan verməzdi. Müstəqilliyimizin ilk illərindən, xüsusən birinci Qarabağ savaşında İranın bizə qarşı məkrli mövqeyi heç kimə sirr deyil. Rəfsancani dönəmində Şuşanın işğalında pərdəarxası jonqlyorluq edən fars rejimi, ötən 29 il ərzində tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət quran ermənilərə hər sahədə dəstək vermək üçün dəridən qabıqdan çıxmış və çıxmaqda idi. Müsəlman həmrəyliyindən dəm vuran bir ölkənin, digər bir müsəlman ölkənin torpaqlarını işğal edən xristian ölkəyə Mehri sərhəd qapısından kəmərlərlə yanacaq, tırlarla ərzaq, sənaye avadanlıqları və silah nəql etməsi heç bir əxlaqi, dini və siyasi çərçivəyə sığmır. Azərbaycan türklərinin qədim torpaqları olan Zəngəzuru, Göyçəni və İrəvanı “İranın şimal torpaqları” kimi qələmə verməyə cürəti çatmayan bir rejim, indiki dövlətimizin ərazisini özünün “şimal torpaqları” hesab etməsi, azğınlıqdan və cəzasızlıqdan irəli gəlir desək yanılmarıq.

Ərdoğanın ölməz şairimizin şeirindən bir bənd söyləməsi ilə,Türkiyənin Tehrandakı səfirinin xarici işlər nazirliyinə çağrılmasından sonra, İran parlamentində deputat Əhmədi Bilaşın ölkəmizə qarşı təhdid və təhqir dolu çıxışından sonra, İranın Bakıdakı səfiri də Azərbaycan xarici işlər nazirliyinə çağrılsaydı, sonuncu bayraq insidenti yaşanmazdı. Eləcədə, İran hədsizlərinin dövlət rəmzlərimizə və ərazi bütövlüyümüzə etdiyi şantajların cavabı yetərincə sərt şəkildə verilsəydi. rejim dövlət olan İran bu qədər həyasızlıq etməyə cəsarəti çatmazdı.

İranın Azərbaycana qarşı təhdidləri bunlarla bitmir. Vaxtı ilə İran gəmiləri Xəzərdə geoloji kəşfiyyat işləri aparan gəmilərimizə hücum etməsi, İran təyyarələrinin dəfələrlə güc nümayişi məqsədilə ölkəmizin hava məkanına soxulması, ötən il Bağdadda ABŞ xüsusi xidmət əməkdaşları tərəfindən öldürülən general Qasım Süleymaninin Neft daşlarına hücum etmək hədələri və bu kimi təhdidlər əfsuslar olsun ki, cavabsız qalmaqdadır. Həmin general idi ki, Suriyanın Hələb bölgəsində kompakt yaşayan minlərlə türkmənin canına və malına qəsd etmişdir. Onun rəhbərlik etdiyi təşkilatın Hələbdə törətdiyi vəhşiliklər bir çox ölkələrlə yanaşı Rusiyanı belə dəhşətə gətirmişdi. Bu halda bəzi həmvətənlərimizin və təşkilatların İranı müdafiə etməsi molla rejiminin xain planlarının  bir hissəsi deyilmi?.

Yanlış olaraq farsa bağlılıqlarını dinə bağlılıq kimi qəbul edənlər bilməlidirlər ki,  İran Azərbaycanın müstəqil, demokratik dövlət olmasını və Qərbə inteqrasiya etməsini qəti şəkildə istəmir. Buda vətəninə, torpağına, xalqına bağlı  hər bir azərbaycanlının fars molla rejiminə qarşı olmalarına ən böyük səbəbdir. Görünən odur ki, bir millət iki dövlət hesab edilən Ermənistan və İran, Azərbaycanı parçalayıb, ərazilərini ələ keçirmək yolunda bütün pislikləri etməyə hazırdır.

KAİNAT analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir