Top.Mail.Ru
bannerKAİNAT TV

QARABAĞDA QURTULUŞ SAVAŞI: Düşmənə aman verməyən RYAS kamikadze-dronları döyüşə göndərildi – gecə DARMADAĞINI (VİDEO)

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə məxsus “WM-80” tipli iki reaktiv yaylım atəşi sistemini (RYAS) məhv edib.

Oxu24.com-un  məlumatına görə, 273 mm-lik iki “WM-80” RYAS kamikadze-dron zərbəsi ilə darmadağın edilib.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, bu sistemlərin seriyalı istehsalına 1990-cı ildə başlanıb. Çinin “NORİNCO” korporasiyası tərəfindən istehsal edilən 273 mm çaplı “WM-80” RYAS-ın hazırda Ermənistan və İordaniyanın silahlanmasında yer alır.

WM-80 buraxıcı qurğusu yükqaldırma qabiliyyəti 20 ton olan 8×8 təkər formullu “Shandonq Taian TAS5380” yük maşınlarında qurulub.

Çin WM-80 modeli yaradıldıqdan sonra onu son 27 ildə cəmi iki ölkəyə ixrac edə bilib. Burada meydana çıxan digər sual isə onun Çin Ordusunun silahlanmasında yer almamasıdır. WM-80 modelindən sonra çinlilər atəş uzaqlığının artırılması üçün sistemi daha da modernləşdirmək qərarına gəliblər. Böyük işlərin getməsinə baxmayaraq, sistemdə hiss olunan bir dəyişiklik əldə etmək mümkün olmayıb. Sistem özü demək olar ki, dəyişilməz qalsa da, yeganə nailiyyət raketlərə 120 km (WM-120) məsafəyə qədər uzaqlığın verilməsi sayıla bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir