Top.Mail.Ru
bannerKRİM - XRONİKA

“Sən lotu deyilsən, dovşansan, oğrunun əlində süpürgə olmaz” – kriminal aləmdə şok gəlişmə

Vaxt vardı o Qulinin yanına düşməkdən ötrü çox çalışırdı. Nadir Səlifovla eyni düşmənləri vardı. Həm də Qulinin Belarusiyadakı dostu oilan “vor zakon” Kuşnerlə yaxın idi. Ancaq Quli onu yaxın buraxmadı.

Oğru dünyasının bu il qətlə yetirilmiş əfsanəsi olan Nadir Səlifov Gela Kardavaya etibar etmədi. Kardavanın ulduzu elə o vaxtdan söndü. Halbuki “Ded Xasan” ləqəbli Aslan Usoyanın vaxtında onun adı çəkiləndə düşmənləri tük salırdı. Bu günlərdə isə Belarisiyada həbs cəzası çəkən qanuni oğri Mindiya Qoradze Gela Kardavanın tabutuna axırıncı mismarı vurub.

Saytların yığılması Saytların yığılması

“Lavasoğlu” ləqəbilə məşhur olan Mindiya Qoradze Kardavanın həbsxana həyatı ilə bağlı xoşagəlməz şeylər öyrənib. Bundan sonra o bu xəbəri diğər oğrulara çatdırıb və Kardavanın özünə zəng edib. Ancaq Kardava sualları eşidən kimi dəstəyi atıb, telefonu söndürüb. Həbsxanada “Lavasoğlu”na deyiblər ki, Gela bura düşən kimi administrasiya ilə danışığa gedib. Onların şərtlərinə razı olub, oğru adından və həyatından imtina edib. Bu baradə bütün kağızları imzalayıb. Buna görə cəzasından 16 ay götürülüb. Qısa müddət ərzində “dovşan” kimi sakit olub. Hətta əlində əsgi döşəmə siləndə görünüb.

Kaim.az xəbər verir ki, bu haqda “Praym Kraym” agentliyi də yazıb. Lotular Gelanı görəndə deyirmişlər ki, oğrunun əlində süpürgə olmaz. Kardava onları aldadırmış ki, o guya Gela deyil, Giya adlı başqa məhbusdur. Gela adlı oğru guya izalyatorda cəza çəkir. Amma yalanın üstü açılıb. Özünü yaxşı apardığına görə Gela amnistiyaya düşüb. Qoradzenin ittihamlarından sonra oğru karyerasının sonuna gələn Kardava vəı onun dostu “Dato-Osetin” hərəkətə keçiblər. Lakin Moskva oğruları xəbər göndəriblər ki, nə vaxtsa Gelanı oğru kimi tanıyıblar. Amma o indi heç kimdir.

Belarusiya Daxili İşlər Nazirliyindən isə bildiriblər ki, Geladan fərqli olaraq “Lavasoğlu” həbsxanaya düşən kimi məhbuslardan birini möhkəm döyüb. Hətta Kuşnerin dəstəsindən olan bir məhkumu da əzişdirib. Həbsxananın yeni sahibinin kim olacağını göstərib.

İlqar Atabəyli

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir