Top.Mail.Ru
bannerKAİNAT TV

SAVAŞ VADİSİ:Erməni ordusu və baş nazirinin kabusuna çevrilən “qarapaltarlı” Xüsusi Təyinatlılar KİMLƏRDİR? – Foto

Ermənistan mediasında ən çox vurğulanan və “əsas ittiham fakt”larından biri də Azərbaycan Ordusundakı “qarapaltarlılar”dır.

KAİM.az Axar.az-a istinadən xəbər verir ki, hətta Ermənistan baş naziri Nikol Paşinyan da xaruci mediaya açıqlamasında Azərbaycan Ordusunda “qarapaltarlılar” olduğunu və onların “məzdlular olması ehtimalının” yüksəkliyini iddia etmişdi.

Saytların yığılması Saytların yığılması

Hadrut və Suqovuşanda “peyda olan” “200 nəfərlik qarapaltarlı”dan erməni mediası dəhşətli qorxu ilə bəhs edirlər.

Bəs, Ordumuzdakı “qarapaltarlılar” kimlərdir?

Müxtəlif ölkələrin ordusunda xüsusi təyinatlıların qara paltardan istifadə etməsi ənənəsi var. Azərbaycan Ordusunun xüsusi təyinatlıları içərisində də qara formadan istifadə edilir. Yeri gəlmişkən qeyd edək ki, DİN xüsusi təyinatlıları da əsasən qara formalıdır.

Azərbaycan Ordusunun qara formalı xüsusi təyinatlılarının təlim video və fotoları isə internetin imkanları daxilindədir. Amma düşmən bunu görməzdən gəlməyə üstünlük verir: belə məlum olur ki, “qarapaltarlı” xüsusi təyinatlılarımız düşməni vahiməyə salan əməliyyatların aktiv iştirakçılarıdır.

Erməni əsgərlərinin kabusuna çevrilən qara formalı xüsusi təyinatlılarımızın təlim fotolarından bir neçəsini təqdim edirik:

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir