Top.Mail.Ru
CƏMİYYƏT

ETİRAZ: Hyustonda Ermənistanın mina xəritələrini verməməsinə görə AKSİYA – FOTO

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində etiraz aksiyası keçirilib.

Diasporla iş üzrə DK-dən KAİM.az-a verlən məlumata görə, məqsəd – Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icma hakimiyyətinin nümayəndəsinin həlak olmasına, mina xəritələrini verməkdən imtina edən Ermənistanın yolverilməz davranışına, terrorçu dövlət olmasına diqqəti cəlb etmək olub.

Saytların yığılması Saytların yığılması

Şəhərin Westheimer Road & Post Oak bulvarı ərazisində təşkil edilən aksiya zamanı soydaşlarımız baş vermiş faciəyə hiddətlərini Məhərrəm İbrahimovun və Sirac Abışovun portretlərini, “Jurnalistlər minalarla öldürüldü!”, “Erməni yalanlarına YOX deyin!”, “Erməni terrorizmi”, “Təhlükəli minalar!” şüarlarının, mina partlayışlarının qorxunc təsvirlərinin əks olunduğu plakatları nümayiş etdirməklə bildiriblər.

Azərbaycanlı icmasının nümayəndələri, həmçinin şəhərdə etiraz yürüşü keçiriblər. Sonra  mərkəzi parklardan birində, şəhid olmuş jurnalistlərin xatirəsinə, yaradılan guşəyə qərənfillər düzüblər.

Samir Novruzov bildirib ki, aksiyalar zamanı Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi kəskin şəkildə pislənilib. Bu, azad edilmiş torpaqlarımızda və regionda sülhün və normal həyatın bərpa edilməsinə maneə kimi qiymətləndirilib. Soydaşlarımız dünya ictimaiyyətini və nüfuzlu media təşkilatlarını Ermənistanın beynəlxalq konvensiyaları pozmasına göz yümmamağa, bu problemin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir